You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
120 santimetrlik pişik Guinness Dünya Rekordlarına düşə bilər
Sahibi Stephy Hirst onu 2013-də alanda Omar, bacı qardaşları ilə eyni ölçüdə idi.
Lakin Avstraliyanın Melbourne şəhərində yaşayan Maine Coon növünə aid olan pişiyin uzunluğu artıq 120 santimetrə çatıb. O, artıq dünyanını ən uzun ev pişiyi ola bilər.
Pişiyin sahibi deyir ki, Omar internetdə məhşurlaşdığından sonra Guinness Dünya Rekordları onunla əlaqə saxlayaraq pişiyinin ölçülərini onlara göndərməsini xahiş edib.
Hazırkı rekorda İngiltərənin Wakefield şəhərində yaşayan Maine Coon növlü 118 santimetr uzunluğunda olan bir pişik sahibdir.
Məhşurluq oyunu
Xanım Hirst Omar üçün sosial şəbəkə hesabını 2 həftə əvvəl açıb və onun paylaşdığı şəkillərdən biri Cats of İnstagram (İnstagram-ın pişikləri) hesabında 270 min dəfə paylaşılıb.
Xasiyyətcə sakit olan pişik barədə xəbərlər bir neçə mühüm Avstraliya qəzetlərində və milli televiziyada paylaşılıb.
Omar adətən səhər saat 5-də oyanır və bir neçə ovuc pişik yeməyi yedikdən sonra evdə oturur, bağda oyanır və ya trambolinin üstündə yatır.
Nahar üçün o, çiy kenqeru əti yeyir.
"Biz insanların yeməyi üçün hazırlanmış kenquru ətini supermarketdən alırıq", xanım Hirst deyib.
"Bu, onun yemək istədiyi yeganə ətdir ki, biz tapa bilmişik", o, əlavə edib.
Nəhəng pişik tüklərini evdə hər yerə yayıb.
Xanım Hirst 14 kiloluq Omarı hər dəfə qaldırmağa gücü çatmadığına görə, o, onu veterinara araba ilə aparır.
"Yataqda çox yer tutduğu üçün gecələr yataq otağının qapısını bağlayıram", xanım Hirst deyib.
Omar evdə qapıları, qarderobları və şkafların qapılarını açmağı öyrənib.
Guiness Dünya Rekordları yeni rekord üçün məlumatı aldıqdan sonra cavab yazmağı 12 həftəyədək çəkə bilər.