You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Üç ayaqlı pişik Cambridge Universitetinin talismanı oldu
Böyük Britaniyada keçirdiyi qəza nəticəsində ayağının birini itirən və bundan sonra sahibi tərəfindən tərk edilən Jasper adlı pişik Cambridge Universitetinin talismanı oldu.
Marshall kitabxanasında Simon Frost adlı bir işçinin sahib çıxdığı beş yaşlı pişik indi tələbələrin imtahan stresindən xilas olmalarına kömək edir.
"Jasper-lə çay saatı" adıyla təşkil olunan tədbirdə 140 tələbə iştirak edib.
Sahibiylə hər gün kitabxanaya gələn Jasper gündüzlər səssiz və ciddi bir görkəm yaradır.
Rəflərin arasında gəzintiyə çıxan pişik qəzetlərin, kitabların arasında yatır.
Lakin onun sahibi Frost-un sözlərinə görə, Jasper evdə olan zaman "pələngə" çevrilir.
"Jasper Tigger (Ayı Winnie adlı cizgi filmindəki pələng) kimi hoppanır. Yavaş gedincə tarazlığını itirdiyi üçün hər yerə sürətlə gedir. Ağaclara da dırmaşır, amma enə bilmir",-deyə Frost danışıb.
Kitabxanada işləyən Clare Trowell "Jasper-i sevməyə gələn tələbələr çox rahatladıqlarını, öz heyvanlarına bəslədikləri həsrəti onunla əvəz etdiklərini söyləyirlər" deyib.
Jasper-in #economicscat adlı bir Twitter etiketi də var və kitabxana xəbərləri onun adına yayılır.