You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyə: pişik balası canlı yayıma çıxır
Türkiyədə canlı yayım vaxtı gözlənilmədən televizya kameraları qarşısına çıxan pişik balası aparıcının kompüterinin üstündə uzanıb dincəlməyə qərar verir.
Hadisə qərbdəki Denizli şəhərinin DRT TV kanalında baş verib.
Aparıcı Kudret Çelebioğlu kürsüyə çıxan pişik balasını görəndən sonra studiyaya daxil olan sürpriz qonağı barədə danışıb.
Türkiyə mətbuatına əsasən “Hüsnü” adı verilən küçə pişiyinə televiziya əməkdaşlarından biri sahib çıxıb.