Çeçenistanın geylərə qarşı soyqırım törətdiyi iddia edilir

Şəklin mənbəyi, AFP
Fransanın üç gey hüquqları təşkilatı Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciətlə Çeçenistanı geylərə qarşı soyqırım törətməkdə günahlandırıblar.
Onlar respublikada geylərə qarşı yeni "təqib dalğasının" arxasında Çeçenistanın prezidenti Ramzan Kadırovun və digər rəsmilərin durduğunu iddia edirlər.
Müraciətdə təşkilatlar bir yeniyetmə oğlanın 9-cu mərtəbədən yerə atıldığını qeyd edirlər.
Çeçenistan rəsmiləri respublikada gey insanların olmadığını israr edirlər.
Bu ayın əvvəli prezident Vladimir Putin Çeçenistanda geylərə qarşı təqib iddialarının araşdırılması üçün dəstəyini verib.
Lakin fransız təşkilatlar Rusiyanin daxili araşdırmasının kifayət olmadığını deyirlər.
Təşkilatlar prezident Kadırovu geyləri məhv etmək üçün işgəncə düşərgələri yaratmaqda təqsirləndirirlər.
Çeçenistan rəsmiləri polis təzyiqinə məruz qaldığı iddia edilən şəxslərdən rəsmi şikayət almadıqlarını bildirirlər.





