You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şəkillər: Şotlandiyadan Rusiyaya aparan uzun yol
Şotlandiyadan Rusiyaya avtomobildə yol nə qədər çəkə bilər? James Parker özü ilə yola kamerasını da götürüb. Xeyriyyə məqsədi ilə 1972-ci ilin klassik Morris Minor markalı maşınında təxminən 16 min kilometr yol keçib. Bütün fotolar James Parkerindir.
Parker bu yola 53 gün sərf edib - 19 ölkəni, 3 səhra və iki dənizi qət edib.
O, cəmiyyətdə kişilərlə bağlı gender gözləntilərinin Qərbdən Şərqə necə dəyişdiyini öyrənmək üçün əsasən kişiləri lentə alıb.
Səyahəti zamanı Parker elə hey düşünüb: "Kimi lentə alacağım barədə düşünürdüm... Mən özümə tanış gələn situasiyalara daha çox diqqət verirdim."
Bunun nəticəsi kimi, o, özü kimi gəncləri lentə daha çox alıb, onlarla dostlaşıb: "Velosiped elə bir universal obyektdir ki, dil baryerini asanca aşa bilir."
Belə bir nadir maşında hərəkət etməyin özü də bir üstünlük deməkdir.
"Biz istirahət üçün dayananda, gözlənilmədən haradansa kofe gəlirdi", deyə Parker xatırlayır.
"10 mexanik peyda olurdu, maşının ətrafına yığılıb kapotu açırdılar - sankı Formula 1-in köməkçi heyəti idi."
Səyahət zamanı Parker özü üçün bir sıra nəticələrə gəlib. O anlayıb kı, gündə 10 saat sükan arxasında keçirmək üzücü ola bilər.
Daha bir sınaq ucqar ərazilərdə yanacaq və yemək tapmaq olub.
Polis tərəfindən saxlanılıb yoxlanmaq da bu səyahətin digər bir reallığına çevrilib.
Onun sözlərinə görə, bu yoxlamalar bəzən elə "bir-iki siqareti hədiyyə etməklə və əl sıxma ilə" bitirdi.
"Qobi səhrasında açıq səma altında gecələmək, İstanbulda dövlət çevrilişinə cəhd edilən günlərdə itib qalmaq, Kappadokiyada balonda şəfəq doğanda uçmaq" xüsusilə yaddaqalan oldu.
Maraqlıdır kı, maşının təkərləri bütün səyahət dövründə bir dəfə də olsun deşilmədi.