You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Trump: "Prezidentlikdən öncəki həyatım üçün darıxıram"
ABŞ prezidenti Donald Trump prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib.
Ağ Evdə Reuters agentliyinə müsahibə verən cənab Trump keçmiş həyatını "o qədər şey baş verdiyi" üçün "sevdiyini" deyib.
"Bu, keçmiş həyatımda gördüyümdən çox işdir", o, deyib. "Mən düşündüm ki, bundan asan olacaq",
Cənab Trump-ın prezident olması barədə sözləri sosial şəbəkələrdə lağa qoyulub.
Artıq cənab Trump 100 gündən çoxdur ki, prezident vəzifəsini yerinə yetirir.
"Mən əvvəlki həyatım üçün darıxıram", o deyib.
"Mən Trump-ın nələr hiss etdiyini başa düşürəm", bir nəfər tvitləyib: "Mən də onun prezident seçilməsindən əvvəlki həyatımı sevirdim."
Digərləri keçmiş realiti televiziya şou-verilişinin aparıcısı olan prezidentin nümayiş etdiyi dürüstlüyünü alqışlayıb.
Lakin bəziləri reaksiyalarında prezidentin həyatını daha da çətinləşdirərək bir gün maraqların toqquşmasına görə Congress tərəfindən impiçment ediləcəyi barədə yazıblar.