You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Trump çaşqınlıq yaratmış iddialarını izah etməyə çalışıb
ABŞ prezidenti Donald Trump cümə günü İsveçdə baş verməyən təhlükəsizlik insidentinin baş verdiyi iddiasını izah etməyə cəhd edib.
Şənbə günü mitinqdə çıxış edən cənab Trump Avropada terror hücumlarının siyahısını oxuyarkən "baxın dünən gecə İsveçdə nə baş verib" deyib.
Lakin cümə günü İsveçdə belə hadisə baş vermədiyinə görə, İsveç ABŞ administrasiyasından izahat tələb edib.
Bazar günü cənab Trump tvitlə məlumatını televizorda gördüyü bir reportajdan aldığını deyib.
O reportajın Fox News kanalında yayımlandığını, lakin yayım vaxtını deməyib. Mümkündür ki, o, cümə günü gecə İsveçdə cinayət və qaçqınlarla bağlı Fox News-da verilişini izləyib.
Onun "dünən gecə İsveçdə nə baş verib" sözlərindən istifadə etməsinə baxmayaraq, ayrıca şərh verən Ağ Ev sözçüsü Sarah Huckabee Sanders cənab Trump-ın ümumiyyətlə qalxan cinayət rəqəmləri və son zamanlar baş verən hadisələr barədə danışdığını iddia edib.
Sosial şəbəkələrdə bir çox istifadəçi İsveçli mebel şirkəti İKEA və ABBA pop qruppası ilə bağlı hadisələr uyduraraq prezidenti ələ salıblar.