Kanadada nəhəng aysberq turist axınına səbəb olub

Şəklin mənbəyi, Reuters
Kanadanın Newfoundland adasındakı kənd sahilinə yaxınlaşan nəhəng bir aysberq turist axınına səbəb olub. Mövsümün ilk aysberqini Ferryland kəndininsahilindən aydın görmək olur.
Kanadanın CBC telekanalı Pasxa bayramında aysberqi çəkmək istəyən peşəkar və həvəskar fotoqrafların əraziyə gəlmələri nəticəsində Ferryland kəndində nəqliyyat sıxlığı yarandığıni deyib.

Şəklin mənbəyi, Reuters
Newfoundland və Labrador bölgələrinin sahilləri "aysberq vadisi" kimi tanınır.
Her yaz Arktikadan qırılıb qopan aysberqlər cənuba doğru üzür.
Aysberqlər adətən dənizdə yaranan və yaz ya yayın əvvəlinəcən mövcud olan buz küləsinə bitişik olur.
Lakin bu aysberqin dəniz dibinə yapışdığı görünür və yerində ilişib qalacağı ehtimal edilir, Ferryland-ın meri Adrian Kavanagh bildirib.

Şəklin mənbəyi, Reuters
Bu aysberq çox böyükdür və sahilə yaxın bir yerdə məskunlaşaraq şəkillərin çəkilməsi üçün əla imkandır. Aysberqləri məhşurlaşdıran onların əksər hissəsinin dəniz altında olmaları və dənizin üzərində yalnız uclarının görünməsidir.
Sahilə yaxınlaşdıqda onların çoxu dəniz dibinə yapışaraq qalır.

Şəklin mənbəyi, Reuters
CBC Radiosuna müsahibə verən bir turizm şirkətinin sahibi aysberqlərin sahilə yaxınlığını onun biznesi üçün yaxşı xəbər olduğunu deyib.

Şəklin mənbəyi, Reuters
Bu yaz aysberqlər üçün aktiv mövsüm olub. Atlantik okeanda bu il gözləniləndən daha çox - yüzlərlə aysberqin müşahidə edildiyi deyilir.

Şəklin mənbəyi, Reuters
Şəkillər Reuters agentliyinindir





