Norveçdə xüsusi təyinatlı qadınlar: bu qızlar nədən “yaranıb”?

Женщина-солдат стреляет из пистолета-пулемета

Şəklin mənbəyi, Mohamed Madi/BBC

Şəklin alt yazısı, Jegertroppen-də hazırlıq keçən təlimatçının sözlərinə görə, qadınlar kişilərdən yaxşı nişan alırlar.
    • Müəllif, Kevin Ponniah
    • Vəzifə, BBC, Elverum

O, öz çəkisinə bərabər bir yüklə bir neçə kilometr qət edir; meşədəki təlimlər zamanı sağ qalmaq üçün xırda quşları öldürür; düşmənin yuvasına necə düşməyi öyrənmək üçün paraşütlə tullanma təcrübəsi keçir.

Saçlarını at quyruğu toplamış 19 yaşlı yaraşıqlı Norveç qızı olan Yannika kifayət qədər cəsarətlidir. Lakin bu hamısı deyil. Yannika dünyanın ilk xüsusi təyinatlı qadın dəstəsi olan Jegertroppen-ə (Ovçu qoşunu) daxildir.

"Mən çox şeylər etmək istəyirdim, orduda da olanlardan ən çətinini seçmək istədim. Nəyə qadir olduğuma əmin olmaq istəyirdim".

Jegertroppen 2014-cü ildə yaranıb. Hərbi komandanlıq bu Əfqanıstandakı müharibənin təcrübəsindən bu qərar gəlmişdi ki, yaxşı hazırlanmış qadın əsgərlərə ehtiyac var.

Onlar ölkəyə ordu yerləşdirən zaman kəşfiyyat məlumatları toplaya, yerli qadın sakinlərlə və uşaqlarla münasibət qura bilərlər.

Sadəcə sınaq kimi həyata keçirilən bu təşəbbüs hazırda böyük uğur hesab olunur.

женщины-солдаты на лыжах

Şəklin mənbəyi, Norwegian Special Forces

Şəklin alt yazısı, Hərbi hazırlığın vacib hissəsi qış təlimində iştirak etməkdir

İlk əvvəl bura 200 qadın müraciət edib. Lakin sonradan hər il onlarla qadın bu ciddi döyüş təlimindən keçərək mütəmadi olaraq elit xüsusi təyinatlı qadın dəstələrinin sırasını doldurur.

Bu dəstələrdən Norveçlə yanaşı xaricdə istifadə oluna bilər.

Yannikanın sözlərinə görə, onun üçün ən çətini "cəhənnəm həftəsi" adlanan psixoloji və fiziki yoxlama olub. Bir neçə gün davam edən və praktiki olaraq istirahətsiz keçən məcburi yoxlama zamanı qidadan və sudan məhdud şəkildə istifadəyə icazə verilib.

"Bu yolla onlar sizin tükənmiş bir vəziyyətdə çətinliyə nə dərəcədə dözümlü olduğunuzu yoxlayırlar", - deyə Yannika danışır.

Яннике в очках, защитной маске с оружием в руках

Şəklin mənbəyi, Mohamed Madi/BBC

Şəklin alt yazısı, Yannikanın sözlərinə görə, Norveç kimi sülh ölkəsində hazırlıq keçən zaman səni öldürməyə öyrətdiklərini hər zaman yadda saxlamaq çox çətindir

1980- ci illərin ortasında Norveç NATO-nun tərkibinə daxil olan və qadınların döyüş hissələrində xidmət etməsinə icazə verən ilk ölkə olub.

Lakin o zaman onların sayı çox az olub. Qadınların xüsusi xidmət orqanlarına müraciət etmələrinə icazə verilsə də, heç kim ora getmirdi.

ABŞ və Böyük Britaniya isə yalnız bir qədər əvvəl qadınların hərbi hissələrdə xidmət etməsinə icazə verib, lakin amerikalı xüsusi təyinatlıları buna müqavimət göstərib.

Оле Видар тренирует двух женщин

Şəklin mənbəyi, Kevin Ponniah/BBC

Şəklin alt yazısı, Əvvəllər qadın əsgərlə çalışmayan Ole Vidar (sağdan) əvvəlcə buna şübhə ilə yanaşdığını etiraf edib
Норвежский спецназ прыгает с парашютом

Şəklin mənbəyi, Norwegian Special Forces

Şəklin alt yazısı, Qadınlar paraşütlə tullanmaq da daxil olmaqla kişilərin keçdiyi hazırlığı keçirlər

2014-cü ildə Ayn Rand İnstitutu tərəfindən zabitlər arasında keçirilən sorğunun nəticələrinə görə, onların 85 faizi qadınların xüsusi vəzifələri yerinə yetirməsinə, 71 faizi isə qadınların onların hərbi hissəsinə daxil olmasına qarşıdırlar.

İlk növbədə zabitlər hazırlıq standartlarının və dəstələrin daxilində həmrəyliyin aşağı düşməsindən narahat olduqlarını bildiriblər.

Bəzi kişilər pre-menstrual sindromun qadınlara necə təsir edəcəyindən, qadınların və kişilərin ayrı-ayrı hissələrdədə yaşaması faktının kollektivə necə təsir göstərməsindən də narahat olduqlarını söyləyiblər.

Солдаты-женщины у костра

Şəklin mənbəyi, Mohamed Madi/BBC

Şəklin alt yazısı, Qadın əsgərlər özlərini bacı kimi hiss edirlər. Onların üzü bağlı olduğuna görə, gələcəkdə gizllin işləyə bilərlər

Jegertroppen-də yenilərlə hazırlıq keçən Norveçin xüsusi təyinatlısı Maqnus bunun uydurma problem olduğunu deyib.

Onun sözlərinə görə, Norveçdə qadınıarla kişilər eyni otaqda yatırlar, menstrual sindrom isə təlim zamanı heç bir problem yaratmır.

две женщины-солдата

Şəklin mənbəyi, Kevin Ponniah/BBC

Şəklin alt yazısı, Qadınlar əsasən xüsusui idman məktəblərindən gəlirlər

Bununla yanaşı Maqnus bəzi şübhələrin əsassız olmadığını söyləyib.

"Mənim fikrimcə, kişidən gözlədiyimizi qadından gözləməmiliyik. Onlar əlbəyaxa döyüşdə qalib gələ bilməzlər, cünki biz əksər hallarda yumruqdan deyil, silahdan istifadə edirik. Amma bir qayda olaraq qadınlar kişilərdən yaxşı nişan alırlar".

Тренировка

Şəklin mənbəyi, Norwegian Special Forces

Şəklin alt yazısı, Qadınlar xüsusi təyinatlı dəstədə əlbəyaxa döyüşü də öyrənirlər
line

Siz belə yoxlamadan keçə bilərsiniz?

Kursu bitirmək üçün nə lazımdır.:

  • Meşədən keçərək 2 saat 15 dəqiqə ərzində 15 kilometr məsafəni tam forma və avadanlıqla keçmək: çəkmə ilə 22 kiloqramlıq çanta və silahla birgə .
  • 6 dəfə turnikdə dartınmaq
  • 2 dəqiqə ərzində 50 dəfə yuxarı dartınmaq
  • 40 dəfə jim etmək
  • 13 dəqiqə ərzində 3 kilometr qaçmaq
  • 11 dəqiqə ərzində 400 metr məsafədə üzmək (ilk 25 metr suyun altında olmalıdır)
line

Jegertroppen-in əksər üzvləri xüsusi idman məktəblərində əlaçı olublar, lakin məsələ onların yaxşı fiziki hazırlığında deyil.

"Qadınar qeyri-adi düşünürlər. Kişilər onlara deyiləni edirlər. Qadınlar isə daha yaxşı çıxış yolu tapmaq üçün adaptasiya olurlar"-deyə 22 yaşlı Venderla danışır.

Baxmayaraq ki, cəmiyyətdə olduğu kimi, Norveç ordusunda cinsi bərabərlik var, amma yenə də rəsmən ordunun yalnız 13%-ni qadınlar təşkil edir.

Böyük Britaniyada bu rəqəm 10,2%, ABŞ-da isə 15% təşkil edir.

Вендерла в камуфляжной форме спиной к камере

Şəklin mənbəyi, Kevin Ponniah/BBC

Şəklin alt yazısı, Bu mənim həyatımın ən yaxşı ilidir.", - 22 yaşlı Venderla etiraf edib
две женщины-солдата

Şəklin mənbəyi, Kevin Ponniah/BBC

Şəklin alt yazısı, Hazırlıq zamanı şərait döyüş şəraitinə maksimal olaraq yaxındır

2016-cı ildə Norveçdə hərbi çağırış qadınlara da şamil edilib və qadınlar 8 min əsgərin dörddə birini təşkil edib. Bu isə o deməkdir ki, zamanla orduda əsgər qadınların sayı çoxalacaq.

Venderla xüsusi təyinatlı dəstədə seksizm təzahürləri ilə qarşılaşmadığını, lakin başqa batalyonlarda belə epizodların baş verdiyini söyləyib.

Bəzi əsgərlər ona qadınlığına görə zəif və daha bacarıqsız olduğunu demişdilər və bir kişi cinsi məzmunlu fikirlərini bildirmişdi. O deyir ki, bu barədə şikayət etdikdən sonra problem bitib.

"Mənim fikrimcə, o kişinin özünə inamı olmayıb. Mən isə bilirəm ki, bütün sınaqları keçmişəm və hər şey qaydasındadır. Bu artıq onun problemidir", - deyə Venderla söyləyib.

Hələki Jegertroppen-də hazırlıq keçən qadınlardan heç biri xüsusi əməliyyata göndərilməyib. Komandanlığın fikrincə, başlıca məsələ onların təlim keçdiyi və lazım gəldikdə hazır olmalarıdır.

Yannikanın sözlərinə görə, Norveç kimi sülh ölkəsində hazırlıq keçən zaman səni öldürməyə öyrətdiklərini hər zaman yadda saxlamaq çox çətindir.

"Lakin mən çalışıram ki, bizim burda elə bu səbəbdən olduğumuzu unutmayım", - deyə o, özünə inamla və sakit şəkildə söyləyir.