ABŞ-dan təyyarə sərnişinlərinə kompüter qadağası

Şəklin mənbəyi, Getty Images
ABŞ 8 ölkədən həyata keçirilən təyyarə reyslərinin sərnişinlərinə əl baqajında iri elektron cihazlarının daşınmasını qadağan edir.
BBC-ə danışan rəsmi mənbə bildirib ki, məhdudiyyət 10 hava lımanından uçan 9 aviaşirkətə tətbiq olunur.
Qadağa əsasən Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edir.

Şəklin mənbəyi, Getty Images
ABŞ mətbuatı bildirir ki, məhdudiyyət xaricdən daxil olmuş kəşfiyyat məlumatları əsasında qəbul edilib.
Xəbər verilir ki, qadağa altına noutbuk, planşet compüter və DVD pleyer kimi iri elektron qurğular düşür. Məhdudiyyətlər telefonlara şamil edilmir.

