Ağ Evdə çəkilmiş bu şəkil fırtınaya səbəb olub

Şəklin mənbəyi, Getty Images
ABŞ prezidentinin böyük müşaviri sosial şəbəkə istifadəçiləri arasında tənqid olunmaqdadır.
Oval kabinetdə çəkilən şəkildə Kellyanne Conway ayaqlarını altına qatlayraq divanın üstündə oturur. O, gözünü mobil telefona tikib.
Arxa planda ABŞ ali məktəblərinin rektorları və afroamerikalılarla görüşən prezident Donald Trump təsvir olunub.
Conway həmçinin görüş gedişatında mobil telefona çəkdiyi şəkilləri paylaşıb.
Sosial şəbəkələrdə ayaqqabılarını çıxarmadan divanda oturan müşavir Ağ Evin Oval kabinetinə, prezidentə və xalqa hörmətsizlikdə ittiham olunur.

Şəklin mənbəyi, Getty Images
"Oval kabinetdə belə addım yolverilməzdir", - şərhlərdən birində deyilir.
Başqa bir istifadəçi isə belə bir fikir bölüşür:
"Bu divanda oturan bütün böyük şəxslər barədə düşünün və ayaqlarınızı divandan çəkin".

Şəklin mənbəyi, Twitter
Ağ Evin rəsmisini tənqid edənlər arasında qaradərili fəal Deray Mckesson da var.
"Madam ki, "görüş" belə təşkil olunub bizdən onun ciddi qarşılanmasını gözləyə bilməssiniz", onun tvitində deyilir.
Başqaları hadisəni şişirtməməyə səsləyiblər.
"Açıq danışsaq - Kellyanne Conway-in Oval kabinetdə etdiyi son aylar ərzində orda baş verənlər arasında ən dəhşətli hal deyil", - tvitlərin birində deyilir.

Şəklin mənbəyi, Twitter
Bir çoxu son təsvirləri Barack Obamanın 2013-cü ildə həmin yerdə çəkdirdiyi daha bir fotoşəkillə müqayisə edir. Şəkildə Obama ayağını masanın üstünə qoyub.

Şəklin mənbəyi, Getty Images
Conway daha əvvəl də tənqid olunub.
O, Fox News kanalının efirində İvanka Trump markalı malları almağa görə qınanıb.
Konqresin etika komitəsində bu çağırışları qeyri-məqbul hesab ediblər.







