Suriya sülh danışıqları atəşkəsi gücləndirməyə yönəlib

Şəklin mənbəyi, Reuters
Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin həllinə yönələn sülh danışıqlarının ikinci günüdür.
Hakimiyyət və qiyamçı qruplar arasında Rusiya, İran və Türkiyə tərəfindən təşkil edilən danışıqlar üç həftə çəkən atəşkəsi gücləndirməyə yönəlib.
BMT xüsusi səfiri Staffan de Mistura hər iki tərəfin yekun deklarasiyadan "uzaqda olmadıqlarını" deyib.
Lakin qiyamçıların sözçüsü Yahya əl-Əridi "heç bir razılaşmanın imzalanmayacağını" deyib.
2011-ci ilin mart ayında prezident Bəşər əl-Əsədin hakimiyyətinə qarşı başlayan üsyandan indiyədək münaqişədə 300 mindən çox insan həyatını itirib və 11 milyon insan didərgin düşüb.
Bir bəyanat sənədinin ilkin versiyasını bazar ertəsi görən jurnalistlər, sənəddə atəşkəsin cənab Əsədin hakimiyyətini dəstəkləyən Rusiya və İran və qiyamçıları dəstəkləyən Türkiyə tərəfindən müşahidə edilməsi təklif olunur.
"Üç tərəfli mexanizm...atəşkəsə tam riayət edilməsini müşahidə və təmin edəcək, hər bir provokasiyanın qarşısını alacaq və üsülları müəyyənləşdirəcək", Reuters xəbər agentliyi sənəddən sitat verib.
Lakin the Guardian qəzeti yazır ki, qiyamçılar, İranın dəstəklədiyi silahlı qruplaşmalar atəşkəsi pozudğu üçün, ölkənin bu mexanizmdə iştirakına qarşıdırlar.

Şəklin mənbəyi, Reuters




