Şəkillərdə: Dünya 2017-ci ili belə qarşılayır

Dünya boyunca insanlar Yeni ilin gəlişini atəşfəşanlıqla qeyd ediblər.

Sydney-dən Moskvaya, Parisdən New York-a qədər insanlar səs-küylü hadisələrlə yadda qalan 2016-cı ili yola salıblar.

Bir sıra böyük şəhərlərdə Yeni il ərəfəsi təhlükəsizlik tədbirləri gücləndirilib.

London və digər böyük şəhərlərdə minlərlə əlavə polis əməkdaşı cəlb olunub.

Lakin Böyük Britaniya Avropa İttifaqını tərk etməyə səs verdikdən sonra atəşfəşanlığı izləmək üçün Temza çayının ətrafına toplaşmış on minlərlə insan onu nümayiş etdirdi ki, "London açıqdır".

Parisdə təxminən 500,000 insan mərkəzi Champs-Elysees küçəsinə axışıb. Orada Zəfər Tağı üzərinə işıqlarla müxtəlif dillərdə "Xoş gəldin" yazılıb.

Berlində isə insanlar Milad bazarında baş vermiş son hücuma baxmayaraq, müxtəlif konsert proqramlarında və gecə yarı baş tutmuş atəşfəşanlıqda iştirak ediblər.

Rio de Janeyronun Copacabana çimərliyində təxminən iki milyon insan atəşfəşanlığı izləyib, təxminən 2000 polis isə onlara nəzarət edib.

Lakin İstanbulda vəzifə başında olan 17,000 polis 39 nəfərin ölümü ilə nəticələnmiş gecə klubuna hücumun qarşısını ala bilməyib.

2017-ci ilə ilk daxil olanlar arasında Sakit okean adaları - Samoa, Tonqo və Kiribati adaları olub.

Avstraliyanın Sydney limanında 2016-cı ildə vəfat etmiş Prince və David Bowie-nin şərəfinə atəşfəşanlıq sərgilənib.

Təxminən bir milyon yarım insan bu nümayişi izləyib.

İsrail Hindistana səyahət etmək istəyən vətəndaşlarına "terrorçu hücum" riski barədə xəbərdarlıq edib.

"Bir çox düşmənlər"

Bu arada isə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Twitter vasitəsilə "bir çox düşmənlərinə də" Yeni il təbrikini çatdırıb.

Cənab Trump yanvarın 20-də prezident kimi and içəcək.