You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şərqi Hələbi tərk edənlərin "sayı artmaqdadır"
Üsyançıların əlində olan Hələbin şərqindəki rayonlara Suriya ordusu ilə silahlıların hücumları genişləndikcə şəhəri tərk edənlərin sayı da artır, Rusiya hərbiyyəsi bildirir.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü son iki gün ərzində üsyançıların nəzarətindəki ərazilərdən 50 min çıxdığını bildirib.
General İqor Konaşenkovun sözlərinə əsasən şəhəri həmçinin 1000-dən artıq üsyançı tərk edərək silahları yerə qoyub.
Bundan əvvəl hərbçi şəhərdən əhalinin çıxmasına imkan vermək üçün həmlələrin dayandırıldığını demişdi.
Rusiya hərbiyyəsinə əsasən hazırda Suriya hökuməti Hələbin 93 faizinə nəzarət edir.
Son həftələr ərzində döyüşlərin şiddətlənməsinə görə on minlərlə Hələb sakini hökumət qüvvələrinin nəzarətindəki ərazilərə keçib.
Üsyançıların əlində olan rayonlarda 100 minədək adam qalır, BMT bildirir. Onlar tibbi ləvazimat və ərzaq təchizatından ya məhrumdurlar ya da ki, məhrum olmaq həddinə çatıblar.
2011-ci ildə prezident Bəşər Əsədə qarşı üsyan başlayanadək Hələnb Suriyanın ən iri şəhəri, ticarət və sənaye mərkəzi olub.
Vətəndaş müharibəsi şəhəri hökumət və üsyançıların nəzarətində olan hissələrə parçalayıb.