Donald Trump-a qələbə gətirən seçkinin xəritələri

Şəklin mənbəyi, Joe Raedle
Donald Trump son illərin ən gərgin seçki kampaniyası sayılan siyasi rəqabətin sonunda qələbə qazanıb.
Cənab Trump-ın qələbə üçün tələb edilən 270 səsi cəlb etməsi barədə xəbər ardınca dollar dəyərini itirib. Bu xəbər Asiya maliyyə bazarında da kəskin enişə səbəb olub.
Donald Trump necə qalib gəldi?
Kampaniya boyunca namizədlərin reytinqi daima dəyişib.

Reytinq
Seçkilərin sonuna doğru müəyyən məqamda daha yüksək reytinqə malik olan Hillary Clinton üstünlüyü əldən verib və 8 noyabr səsverməsi ərəfəsində hər iki namizədin xalları təxminən eyni olub.
Səsvermə gedişatında namizədlərin seçki qərargahlarında müxtəlif əhval-ruhiyyə yaşanıb.
Donald Trump-ın tərəfdarları: "ABŞ, ABŞ, ABŞ" qışqırıblar. Trump-ın Hillary Clinton-u həbsə göndərmək vədinə eyham vuran fəallar həmçinin "Həbs!, Həbs!" şüarını da dilə gətiriblər.
Kampaniyanın sonuna doğru Clinton-un seçki qərargahında daha bədbin əhval-ruhiyyə hökm sürüb.
Səslər uğrunda ən həlledici mübarizə Virginia, Florida, Ohio və Şimali Carolina ştatlarında gedib.
Trump-ın mühüm Ohio ştatında qələbəsi onun tərəfdarlarını həvəsləndirdi. Çünki 1964-cü ildən bəri bu ştatda səslərin çoxunu qazanan ABŞ prezident seçkilərinin qalibi olub.
Qalmaqallar
Prezident seçkiləri müxtəlif qalmaqallarla müşayiət olunub.
Seçkiləri canlı izləyin, canlı qatılın.
Donald Trump qadınları təhqir etmədə təqsirləndirilib.
Hillary Clintonun kampaniyasına isə şəxsi e-maildən aparılan yazışma ətrafında mübahisə xələl gətirib.







