You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Birinci xanım Nigeriya prezidentinə xəbərdarlıq edib
Nigeriya prezidenti Məhəmməd Buharinin həyat yoldaşı BBC-ə müsahibəsində bildirib ki, əri hökumətdə dəyişikliklər etməsə növbəti seçkilərdə ona dəstək göstərməyəcək.
BBC-ə müsahibəsində Ayşə Buhari deyib ki, prezident təyin etdiyi bir çox yüksək rütbəli rəsmini "tanımır".
O iddia edib ki, hökumət qarət edilib və prezidentin təyinatlarını "az adam" dəstəkləyir.
Cənab Buhari keçən il seçkilərdə qalib gələrək korrupsiya və nepotizmə qarşı mübarizə aparacağına söz verib.
Birinci xanımın narahatlığını açıq şəkildə bildirməsi bir çox adamı təəccübləndirsə də, bu, prezidentin hakimiyyətindəki narazılğı nümayiş etdirir, BBC-nin Nigeriya paytaxt Abucadakı müxbiri Naziru Mikailu deyib.
Prezident özünün innaqurasiya mərasimində bildirmişdi ki, o, "kiməsə deyil, hər kəsə məxsusdur".
"Prezident təyin olunan şəxslərin, misal üçün, 50-dən 45-i tanımır və 27 ildir ki, onun xanımı olmağıma rəğmən mən də onları tanımıram", xanım Buxari müsahibəsində deyib.
"Bəzi insanlar evlərində qollarını qatlayaraq hansısa quruma və ya nazirliyə rəhbərlik etmək üçün dəvət olunacaqlarını gözləyirlər".
Hakimiyyəti bu cür ələ keçirmiş insanların adlarını çəkməyə gəlincə o, imtina edərək deyib: "Televiziyanı izləsəniz onları tanıyacaqsınız".