You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Almaniyada sığınacaq istəyənlərin sayı artıb
Özünün miqrant böhranı çözümündəki fəalliyyətini müdafiə edən kansler Angela Merkel deyib ki, "terror artıq burada", Almaniyada idi.
Bir il əvvəl xanım Merkel sərhəd nəzarətini qaldıraraq minlərlə insanın ölkəyə gəlməsinə imkan yaratmlış və bu qərarına görə həm ölkədə, həm də xaricdə tənqid hədəfi olmuşdu.
O "Sueddeutsche Zeitung" qəzetinə deyib ki, ölkəyə miqrant axınına baxmayaraq, "Almaniya Almaniya olaraq qalacaq".
Bu arada minlərlə yeni miqrant Aralıq dənizində xilas edilib.
İtaliyanın sahil keşiyi xidməti bildirib ki, 3 minədək insan çərşənbə axşamı dənizdən çıxarılıb. Onların arasında cəmi bir həftəlik əkizlər də olub.
Dənizin sakitliyi şəraitində səfərə çıxan qayıqların sayı kəskin artıb və təkcə çərşənbə axşamı 6 min miqrant xilas edilib.
Lakin 2015-ci ildə beynəlxalq diqqət Avropaya Balkandan keçən miqrant marşrutuna yönəlmişdi.
Minlərlə insanın Şərqi Avropanın sərhədlərində ilişib qaldığı bir vaxtda xanım Merkel və Avstriyanın o zamankı kansleri, axının öhdəsindən gələcəklərinə əmin edərək sərhədləri açmışdılar.
Ötən il Almaniya bir milyondan artıq miqrantı qəbul etsə də, xanım Merkelin partiyası seçkidə itkiyə məruz qalmışdı.
Öz müsahibəsində xanım Merkel deyib ki, Almaniya əvvəllər miqrant məsələsini diqqətsiz qoyub.
O bildirib ki, ölkə öz dəyərlərinə sadiq qalacaq.
"Dəyişiklik pis bir şey deyil, həyatın mühüm bir parçasıdır, - deyib kansler, - Almaniya bizə doğma olan hər bir cəhəti ilə Almaniya olaraq qalacaq".
Ekstremizmə gəlincə isə, o deyib: "Terrorçuluğuin yalnız qaçqınlarla birgə gəldiyini söyləmək düzgün olmazdı. Terror, gözümüz baxa-baxa, özünün saysız formaları və müxtəlif potensial basqınçıları ilə artıq burada idi".
İyul ayında bir-birindən ayrı iki hücum, özünü İslam Dövləti adlandıran təşkilata bağlı olduqları xəbər verilən iki suriyalı qaçqın tərəfindən törədilmişdi.