Dünya Bankı Azərbaycana "$500 milyon borc verməyə hazırdır"

Şəklin mənbəyi, Reuters

Dünya Bankı Azərbaycana 500 milyon dollar həcmində borc verməyə hazırdır, Reuters agentliyi adı çəkilməyən Dünya Bankı rəsmisinə istinadən xəbər verir.

Məlumata görə bu, Azərbaycanın Cənub Qaz Dəhlizindəki (CQD) payını maliyyələşdirməyə yardım etmək üçündür.

"Azərbaycan CQD-dəki payını maliyyələşdirmək üçün Dünya Bankından borca müraciət edib", Bakıda mənzillənən rəsmidən sitat gətirilir.

Bu ilin əvvəlində Prezident İlham Əliyev hökumətin xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı xarici mətbuatda gedən yazıları "yalan" adlandırıb.

Cənub Qaz Dəhlizi, Xəzər dənizi qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya daşımağı əsas götürən şaxələnmiş layihədir. Layihənin təməlqoyma mərasimi ötən ilin sentyabrında reallaşıb.

3500 km-dən çox uzanaraq yeddi ölkədən keçən layihəyə təxmini yatırım <link type="page"><caption> 45 milyard dollardır</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/02/150211_southern_gas_corridor_analysis" platform="highweb"/></link>.

Şəklin mənbəyi, tapag.com