AZAL: Bakı-Gəncə reysləri həftədə 3 dəfə həyata keçiriləcək

Şəklin mənbəyi, Gunel Sefer

Azərbaycan Hava Yolları şirkəti Gəncə şəhərinə reyslər barədə qərarını dəyişib.

Bundan sonra, Bakı-Gəncə reysi dayandırılmaq əvəzinə həftədə 3 dəfə həyata keçiriləcək.

Ötən həftə şirkət Naxçıvandan başqa bütün daxili reysləri dayandıracağını bildirib.

"Sonuncu reys sabah olmalı idi, amma sərnişinlərin xahişlərini nəzərə alaraq qərarı dəyişdik", şirkətin sözçüsü Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib.

İndiyə qədər Bakı-Gəncə istiqamətində gündəlik uçuşlar həyata keçirilib.

Bundan əlavə, Bakı-Zaqatala-Bakı, Bakı-Lənkəran-Bakı və Bakı-Qəbələ-Bakı reysləri də dayandırılıb.