AZAL Gəncəyə uçuşları dayandıracaq

Şəklin mənbəyi, wikimedia.org
Azərbaycan Hava Yolları şirkəti ölkə daxilində, Naxçıvandan başqa bütün uçuşları dayandırır.
Şirkətin sözçüsü Paşa Kəsəmənski BBC Azərbaycancaya bildirib ki, buna səbəb sərnişinlərin uçuşlardan istifadə etməməsidir.
"Artıq Bakı-Qəbələ-Bakı reysi dayandırılıb. 21 noyabrdan isə Bakı-Gəncə-Bakı reysi dayandırılacaq."
Bundan əvvəl, Bakı-Zaqatala-Bakı və Bakı-Lənkəran-Bakı reysləri da dayandırılıb.
Cənab Kəsəmənskinin sözlərinə görə, qərar Tarif Şurasının yerli aviabiletlərin qiymətinin 20 faiz endirməsindən sonra verilib.
Naxçıvandan başqa bütün yerli uçuşlar üçün bir tərəfə gedişin qiyməti 30 manat, Naxçıvana isə 50 manatdır.


