Aztelekom MMC-nin baş direktoru həbs edilib

Şəklin mənbəyi, Getty
Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Məmməd Məmmədov həbs edilib.
Məlumatı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC-ə təsdiqləyib.
O bildirib ki, Məmməd Məmmədov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
APA-nın yazdığına görə, Aztelekomun baş diroktoru külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunur.
Bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov vəzifəsindən <link type="page"><caption> azad edildikdən</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151112_ali_abbasov_dismissed" platform="highweb"/></link> sonra bir sıra həbslər həyata keçirilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və onun həyat yoldaşının təsisçisi olduğu “3 nömrəli Rabitə Təmir Tikinti” və “Rabitə Mülki Tikinti” MMC-lərinin indiki və əvvəlki direktorları- Emin Məmmədov və Bayram Vəliyev, birliyin baş mühasibi Anar Mustafayev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunaraq <link type="page"><caption> həbs olunub.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151113_information_ministry_prosecutor" platform="highweb"/></link>
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və MMC-nin mühasibi Səhrab Hümbətov mənimsəmə və israfetmə (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və vəzifə səlahiyyətlərindən sui-istifadə (əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələrində ittiham edilərək həbs edilib.
