Ermənistan pilotsuz uçan aparatın "vurulmasını" təkzib edir

Şəklin mənbəyi, mudafie nazirliyi
Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə məxsus bir pilotsuz uçan aparatı "vurub".
Müdafiə Nazirliyi məlumat paylaşıb ki, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd edən DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat atəş nəticəsində məhv edilib.
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının müdafiə nazirliyi" dronun vurulması ilə bağlı məlumatı təkzib edib.
"Nazirliyin" sözçüsü Senor Asratyan Ermənistan mediasına bildirib ki, "məlumat həqiqətə uyğun deyil".
<link type="page"><caption> Bundan əvvəl</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150705_drones_azerbaijan_armenia" platform="highweb"/></link>, Azərbaycan tərəfi bildirib ki, Ermənistanın iki dronunu vurub və əks tərəf bu məlumatları təkziblə qarşılayıb.
Azərbaycan və Ermənistan arasında 90-ci illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və yeddi ətraf rayona görə münaqişə davam edir. Hadisəyə 1994-cü ildə bu ərazilərin etnik ermənilərin nəzarəti altına keçməklə Ermənistan və Azərbaycan arasında atəşkəslə ara verilib. BMT kimi beynəlxalq təşkilatlar adı çəkilən əraziləri Azərbaycan ərazisi kimi tanıyır.
