BBC Azərbaycanca Xronikası: "Əsrin Müqaviləsi"

Şəklin mənbəyi, Getty

Sentyabrın 20-də Azərbaycan və 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti arasında tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş sənədin imzalanmasından 20 il keçir. Beləliklə sizə 20 senytabr 1994-dən sonra Bakı-Tbilisi-Ceyhanla bağlı baş verən mühüm hadisələrin xronikasını təqdim edirik.

1994

20 sentyabr

Əsrin Müqaviləsi imzalandı.

12 dekabr

Azərbaycan Parlamenti Hasilatın pay Bölgüsü haqqında Sazişi ratifikasiya etdi və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təsis olundu.

1995

24 avqust

Prezident Heydər Əliyev modernləşdirilmiş Dədə Qorqud yarımdalma qazma qurğusu ƏBƏŞ-in Villa Petrolea II adlı ofisinin açılışını etdi.

9 oktyabr

Üçüncü rəhbər Komitə İlkin Neft Layihəsini eləcə də Rusiyadan keçən Şimal və Gürcüstandan keçən Qərb varianlarını təsdiq etdi.

1996

18 Yanvar

Azərbaycan və Rusiya hökümətləri Azərbaycan neftinin Bakı Novorosiysk boru kəməri ilə tranziti üzrə Hökümətlərarası sazişi imzaladılar.

8 mart

Azərbaycan və Gürcüstan hökümətləri Azərbaycan neftinin Bakı Supsa kəməri ilə tranziti üzrə hökümətlərarası sazişi imzaladılar.

1997

7 noyabr

Çıraq-1 platformasından Birinci Neft hasil edildi.

12 noyabr

Çıraqdan birinci neftin hasil edilməsi Prezident Heydər Əliyevin Fərmanı ilə ümumxalq bayramı kimi qeyd edildi. Sanqaçal terminalının təntənəli açılışı oldu.

1998

12 Yanvar

İlkin ABƏŞ neftinin birinci barelləri Şimal Marşrutu boru kəməri sisteminə vuruldu.

24 mart

Səhmdarlar birinci neft tankerini Novorosiyskdən yola saldı(Rusiya)

8 aprel

Səəhmdarlar birinci neft tankerini Supsadan yola saldılar.

Şəklin mənbəyi, AFP

17 aprel

Azərbaycan Gürcüstan və ukrayna prezidentləri Qərb İxrac Boru Kəməri Marşrutu və Qara dənizin Gürcüstan sahilindəki Supsa Terminalının açılışını etdilər.

20 sentyabr

Əsrin müqaviləsinin 5 illiyi təntənəli şəkildə qeyd edildi.

10 dekabr

İlkin ABƏŞ neftinin birinci barelləri Qərb Marşrutunun boru kəməri sisteminə vuruldu.

2001

30 avqust

Azəri-Çıraq-Dərinsulu Günəşli Faza 1 layihəsinə sanksiya verildi.

2002

12 senybabr

Azəri-Çıraqlı-Günəşli Faza 2 və Bakı-Tbilisi-Ceyhan layihələrinə start verildi.

2004

3 fevral

Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyə sazişləri imzalandı.

20 sentyabr

Azəri Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı

2005

14 fevral

Azəri-Çıraq-Günəşli yatağındakı Mərkəzi Azəridə hasilata başlandı.

25 may

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən BTC neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin rəsmi açılışı baş tutdu.

12 oktyabr

Gürcüstan, Azərbaycan və Türkiyə prezidentləri Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin Gürcüstan hissəsinin rəsmi açılışını etdilər.

Şəklin mənbəyi, AFP

2006

5 yanvar

ACG yatağındakı qərbi Azəridə hasilata başlanıldı.

26 may

Mərkəzi Azəriyə Birinci qaz vuruldu. 4 iyun

BTC boru kəməri Ceyhan terminalından ilk neftii yola saldı

13 iyul

BTC tam şəkildə istismara verilməsi qeyd edildi. BTC neft ixrac boru kəmərinin Türkiyə hissəsinin açılışı oldu.

12 oktyabr

Azəri Çıraq Günəşli yatağındakı Şərqi Azəridə hasilata başlandı

2008

22 aprel

AÇG yatağında Dərinsulu Günəşlidə hasilata başlandı.

2010

9 mart

Çıraq neft layihəsinin işlənməsi üçün 6 milyard dollar sərmayə qoyulmasına sanksiya verildi.

13 sentyabr

BTC boru kəməri vasitəsilə Dünya bazarlarına xam neftin bir milyardıncı bareli nəql edildi.

2012

23 oktyabr

Qərbi Çıraq platforması üçün dayaq blokunun Bakı Dərin Özüllər Zavodunda tikintisi başa çatdı.

2013

Aprel

Qərbi Çıraq platformasının dayaq bloku Bakı Dərin Özüllər Zavodunun tikinti-quraçdırma sahəsindən yola salındı və öz daimi yerində əvvəlcədən quraşdırılmış dayaq lavasının üzərində təhlükəsiz şəkildə quraşdırıldı.

2014

29 Yanvar

Qərbi Çıraqdan hasilat başladı.

22 aprel

Ceyhan terminalında BTC kəməri ilə nəql edilmiş neftin yüklənildiyi 2500-cü tanker yola salındı.

16 sentyabr

Qərbi Çıraq platformasının üst modulları Azəri Çıraq Günəşli yatağında dayaq blokunun üzərinə təhlükəsiz şəkildə quraşdırıldı.