Türkiyə: Ordu cəza çəkən zabitlərin işinə yenidən baxılmasını tələb edir

Türkiyə
Şəklin alt yazısı, Türkiyə: Baş nazir və Ordu rəhbərliyi

Türkiyə ordusu dövlət çevrilişində ittiham olunmuş zabitlərin işinə yenidən baxılmasını tələb edib.

Türkiyə mətbuatına əsasən, ordu qərargah rəisi, Recep Tayyip Erdoğan hökümətini devirmək cəhdində ittiham olunmuş zabitlərin məhkəmə işinə yenidən baxılmasını tələb edib.

Türkiyə məhkəməsi 2012-ci ildə 2007-ci ilə aid olan və mətbuatda "Çəkic" və "Ergenekon" adları almış dövlət çevrilişi planlarının hazırlanması ittihamı əsasında 300-dən çox hərbi zabitə, o cümlədən yüksək rütbəli generala həbs cəzası kəsmişdi.

Türkiyə hərbiyyəsinin rəsmisi ədliyyə və polis sistemini həmin məhkəmə işinin istintaqı və gedişi zamanı dəlilləri saxtalaşdırmaqda ittiham edib.