"Bu ölkədə sadə insanın... heç bir qiyməti yoxdur"

Qarabağ veteranı Zaur Həsənovun 15 ildən çox işlətdiyi iaşə obyektinin sökülməsinə etiraz olaraq özünü yandırması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bəzi sosial şəbəkə istifadəçiləri Qarabağ veteranının özünü yandırdıqdan sonra dövlətin ona yardım etməsini, bəziləri hadisəyə etiraz edənlərin aksiya keçirməməsini “qınayıb”.
Dadash Sadiqli adlı istifadəçi Facebook-da yazıb ki, “mənə Səttar Mehbaləyevin nə istefası, nə də üzr istəməsi lazımdır... Bunlarda bir prinsip var, Səttar gedər, yerinə gələn Səttar 5 qazinin yandırılmasına görə cəzalandırılmaz”.
“…bu ölkədə sadə insanın, xüsusən də Qarabağ qazisinin heç bir qiyməti yoxdur”.
Sevil Vekilova adlı internet istifadəçisi “Bezib də uje, əlildi özü də, dövlət utansın. Həm əlil, həm çoxuşaqlı ailə. Başqa xarici ölkələrdə olsaydı, indi o ailə çox gözəl şəraitdə yaşayardı” deyə bildirib.
Twitterdə Tural Amin adlı istifadəçi yazıb ki, “siz övladlarınıza görə səsinizi çıxartmırsız, bir gün sizin evinizə girib övladınızın yanında sizi yandıracaqlar”.
İctimai fəal Ayende Mursaliyeva “Bu da Qarabag qazisinə verilən qiymət! Adamı görün nə qədər bezdiribler ki, canına qesd edir. Lənətə gələsiz!” deyə yazıb.
“…dövlətin vecinə deyil”
Medine Rustemliadlı istifadəçi “gərək yazıq özünü yandırardı, sonra kömək eliyərdilər? bu millət belədir də. Gör Azərbaycanda nə qədər köməyə ehtiyacı olan var, gözdüyürlər olarda özlərini yandırsın, sonra kömək eləsinlər?” deyə sual edib.
Hussain Mohammed Facebook-da yazıb ki, “əgər özünü yandıram Qarabağ əlilinin torpağına bu şəkildəki məmur əl qoyubsa , bu adamın işdən azad edilməsinə nail olmağı hədəf qoymaq lazımdı.”
Gənc fəal Nergiz Yaqublu “Təsəvvür edin bu hadisə başqa bir ölkədə olardı. Məsələn, çox uzağa getməyək, elə Ermənistanda, Gürcüstanda. Günü həmin gündən etirazçılar küçələrə axışardı” deyə yazıb.
Bayraminio adlı istifadəçi Qarabağ veteranına hörmət edilmədiyini yazıb.“ Allah nəsə bu ölkəni unudub…Uşaqları qarşısında özünü yandırır, amma dövlətin vecinə deyil”, deyə Twitterdə yazıb.
Mənsur İsrafilov adlı Facebook istifadəçisi “Qarabağ qazisi özünü yandırmaq həddinə gəlirsə, bu işin günahkarlarından biri də Azərbaycan xalqıdı. Nə zamana qədər əzilməyə dözəcəyik? vəziyyətimiz bundan yaxşı olmayacaq.




