1991-2013: Azərbaycan prezidentləri

Mürəkkəb coğrafi məkanda yerləşən Azərbaycan 1991-ci ildə müstəqilliyini elan edəndən bəri altı prezident seçkisi keçirib və onların demək olar ki, hamısı beynəlxalq standartlara uyğun gəlmədiyinə görə tənqid edilib.

Avropa Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı bir vaxtda tənqidçilər bildirirlər ki, Qərb özünün enerji təhlükəsizliyi naminə Azərbaycanda demokratiyanı qurban verib.

Oktyabrın 9-da keçiriləcək növbəti seçkidə müxalifətin vahid namizədi Cəmil Həsənli hazırkı prezident İlham Əliyevlə rəqabətə girəcək.

Dövlət başçıları və onların prezidentliyə təsadüf edən mühüm hadisələr barədə oxumaq üçün aşağıdakı adları klikləyin.

Ayaz Mütəllibov

Ayaz Mutallibov

1991-ci il, sentyabr

Moskvada baş tutmayan çevriliş cəhdinin ardınca Azərbaycan parlamenti ölkə müstəqilliyinin bərpasına səs verdi.

Hakim Kommunist Partiyası özünü ləğv etdi.

Müxalifətin boykotuna görə rəqabətsiz keçən seçkidə ölkənin keçmiş kommunist lideri Ayaz Mütəllibov qalib gəldi.

Dağlıq Qarabağın Xocalı şəhərində baş vermiş qətliamla əlaqədar yaranmış böhran səbəbilə Mütəllibov istefa verdi.

Armenian soldiers fire
Şəklin alt yazısı, Erməni döyüşçü Dağlıq Qarabağın Hanataq kəndi yaxınlığındakı Azərbaycan mövqelərini atəşə tutur.

Onun hakimiyyətə uğursuz qayıdış cəhdi ölkədəki qüvvələr balansını qərbyönlü müxalifətin xeyrinə dəyişdi.

Şuşanı ələ keçirdikdən sonra erməni birləşmələri Azərbaycanın Laçın rayonuna hücum edərək Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhliz aça bildilər.

Bununla da münaqişədə Azərbaycan tərəfinin uğursuzluğuna təməl qoyuldu.

Əbülfəz Elçibəy

Abulfaz Elchibey

1992-ci il, iyun

Müxalifət lideri və keçmiş sovet dissidenti ilk rəqabətli prezident seçkisində qalib gəldi.

1993-cü il, iyun

Refugee women from Kelbadjar
Şəklin alt yazısı, 10 aprel, 1993-cü il. Kəlbəcərli qaçqın qadın iki uşağını ovutmağa çalışır.

Dağlıq Qarabağda və onun ətrafındakı rayonlarda döyüş əməliyyatlarının şiddətləndiyi bir vaxtda polkovnik Surət Hüseynovun qiyamçı qüvvələri Gəncəni tam nəzarətə götürərək, hökumətlə fikir ayrılığını həll etmək üçün paytaxt Bakıya yürüş etdilər.

Prezident Elçibəy yaranmış vəziyyətə müdaxilə etməsi üçün Azərbaycanın keçmiş kommunist rəhbəri və həmin vaxt Naxçıvan Muxtar Respublikasının lideri olan Heydər Əliyevi Bakıya dəvət etdi, özü isə sonradan məlum olduğu kimi Naxçıvana qaçdı.

Heydər Əliyev Azərbaycana parlamentin sədri qismində rəhbərlik etməyə başladı.

Heydər Əliyev

Heydar Aliyev

1993-cü il, oktyabr

İyun ayından bəri Parlamentin sədri vəzifəsini tutan Əliyev müxalifətin boykot etdiyi seçkidə böyük səs çoxluğu ilə prezident seçildi.

1994-cü il, may

Qırğızıstan paytaxtı Bişkəkdə Ermənistan və Azərbaycan arasında rusların vasitəçiliyilə atəşkəs haqqında saziş imzalandı. Bu zaman artıq Dağlıq Qarabağ və onun ətrafındakı böyük bir ərazi erməni qüvvələrinin nəzarətində idi.

suret huseynov
Şəklin alt yazısı, İyun, 1993, Polkovnik Surət Hüseynovun qiyamçı qüvvələri Bakı üzərinə yürüşdədirlər.

1994-cü il, sentyabr

Azərbaycan BP şirkəti başda olmaqla Qərb ölkələri ilə "Əsrin kontraktı" kimi tanınan neft müqaviləsi imzaladı.

Bu müqaviləyə əsasən Qərb neft konsorsiumu uzun müddət ərzində Azərbaycanın Xəzərdəki neft yataqlarını inkişaf etdirməli idi.

1995-ci il, mart

Hökumət qüvvələri Rövşən Cavadovun itaətsizlik göstərən Xüsusi Təyinatlı Polis Dəstəsini əzdi. Cavadov və onun bir neçə silahdaşı öldürüldü.

1998-ci il, oktyabr

Oil workers
Şəklin alt yazısı, Neftçilər Bakı yaxınlığındakı mədənlərdə qazma buruqlarını təmir edirlər.

Heydər Əliyev növbəti prezident seçkisində qalib oldu.

2000-ci il, avqust

Türkiyədə müalicədə olan keçmiş Azərbaycan prezidenti Əbülfəz Elçibəy Ankaranın Gülhanə xəstəxanasında vəfat etdi.

İlham Əliyev

İlham Aliyev

2003-cü il, oktyabr

Prezident Heydər Əliyev Türkiyədə müalicədə ikən oğlu İlham Əliyev baş nazir təyin edildi.

Bu vəzifə prezidentin ölümü təqdirində onun postunu tutmaq imkanı verirdi.

Isa Qəmbər
Şəklin alt yazısı, Müsavat Partiyasının başqanı və prezidentliyə namizəd İsa Qəmbər 2003-cü il, 12 oktyabr mitinqində çıxış edir

İlham Əliyev 2003-cü ilin prezident seçkisində qalib gəldi. Qərb müşahidəçiləri səsverməni və onun nəticələrini tənqid etdilər.

Onlar bildirirdilər ki, seçkinin gedişində kütləvi seçici təhdidlərinə və saxtakarlıqlara yol verilib.

Bunun ardınca müxalifətin etiraz nümayişləri polis tərəfindən misilsiz zorakılıqla dağıdıldı.

2003-cü il, dekabr

80 yaşlı Heydər Əliyev ABŞ-da, Klivlend xəstəxanasında vəfat etdi.

Heydar Aliyev funeral
Şəklin alt yazısı, Keçmiş prezident Heydər Əliyevin məzarı önündə anma mərasimi.

2008-ci il, oktyabr

İlham Əliyev daha bir seçkidə qalib gələrək ikinci müddətə prezident seçildi. Müxalifət bu seçkini də boykot etmişdi.

İndi cənab Əliyev üçüncü müddətə prezident olmaq niyyətindədir.

Müxalifət onun üçüncü müddətə prezidentliyə namizədliyinin qanunsuz olduğunu bildirsə də, seçkiyə vahid namizədilə qatılmaq qərarına gəlib.