Şəkillərdə: Milli Şuranın 18 avqust etiraz nümayişi

Nümayiş əsasən, övladlarını qeyri-hərbi şəraitdə itirmiş valideynlərin saxlanılması, elektrik enerjisinin kəsilməsilə yadda qalıb.

Saat 5-də başlayan mitinq müxalifətin vahid namizəd kimi seçdiyi Rüstəm İbrahimbəyovun "alternativ" namizəd və ya namizədlər barəsində verdiyi bəyanatının müzakirəsindən bir gün öncə keçirilib. Cənab İbrahimbəyov iyulun 2-də müxalifətin vahid namizədi seçilib.
Şəklin alt yazısı, Saat 5-də başlayan mitinq müxalifətin vahid namizəd kimi seçdiyi Rüstəm İbrahimbəyovun "alternativ" namizəd və ya namizədlər barəsində verdiyi bəyanatının müzakirəsindən bir gün öncə keçirilib. Cənab İbrahimbəyov iyulun 2-də müxalifətin vahid namizədi seçilib.
Turan agentliyi yazır ki, hüquq-mühafizə orqanları övladları Orduda qeyri-döyüş şəraitində həlak olanların ailələrini saxlayaraq mitinq yerindən uzaqlaşdırıb.
Şəklin alt yazısı, Turan agentliyi yazır ki, hüquq-mühafizə orqanları övladları Orduda qeyri-döyüş şəraitində həlak olanların ailələrini saxlayaraq mitinq yerindən uzaqlaşdırıb.
Valideynlər aksiyanın başlanmasına təxminən 25 dəqiqə qalmış mitinq yerinə gəlib və övladlarının "niyə öldürüldüyü"nə dair suallara cavab istəyib.
Şəklin alt yazısı, Valideynlər aksiyanın başlanmasına təxminən 25 dəqiqə qalmış mitinq yerinə gəlib və övladlarının "niyə öldürüldüyü"nə dair suallara cavab istəyib.
Sosial şəbəkələrdə ən çox tənqid edilən mövzulardan biri əsgər valideynlərinin mitinq yerindən uzaqlaşdırılması olub.
Şəklin alt yazısı, Sosial şəbəkələrdə ən çox tənqid edilən mövzulardan biri əsgər valideynlərinin mitinq yerindən uzaqlaşdırılması olub.
"Onlar mitinqə övladlarının portretlərini gətirməkdə günahkar biliniblər", məlumatda deyilir.
Şəklin alt yazısı, "Onlar mitinqə övladlarının portretlərini gətirməkdə günahkar biliniblər", məlumatda deyilir.
"Ola bilər ki, Milli Şuranın sabahkı iclasında ziyalılarımızdan birini seçib onunla seçkiyə gedək", Müsavat başqanı İsa Qəmbər deyib.
Şəklin alt yazısı, "Ola bilər ki, Milli Şuranın sabahkı iclasında ziyalılarımızdan birini seçib onunla seçkiyə gedək", Müsavat başqanı İsa Qəmbər deyib.
AXCP rəhbəri Əli Kərimli Milli Şuranın ölkədəki vəziyyəti "dinc yolla" dəyişməyə nail olacağını vurğulayıb.
Şəklin alt yazısı, AXCP rəhbəri Əli Kərimli Milli Şuranın ölkədəki vəziyyəti "dinc yolla" dəyişməyə nail olacağını vurğulayıb.
Nardaran Ağsaqqallar Şurasının sədri və dindar qadınlar əsasən "Allahu Əkbər" və "İslamçılara azadlıq" şüarları səsləndirib.
Şəklin alt yazısı, Nardaran Ağsaqqallar Şurasının sədri və dindar qadınlar əsasən "Allahu Əkbər" və "İslamçılara azadlıq" şüarları səsləndirib.
İndiyə qədər dindar qadınların müxalifətin etiraz nümayişlərində aktivliyi müşahidə edilmirdi.
Şəklin alt yazısı, İndiyə qədər dindar qadınların müxalifətin etiraz nümayişlərində aktivliyi müşahidə edilmirdi.
Əsas səslənən şüarlar " Biz ədalətli seçkilər istəyirik", "Azadlıq", "Milli Şuraya dəstək" və digər olub.
Şəklin alt yazısı, Əsas səslənən şüarlar " Biz ədalətli seçkilər istəyirik", "Azadlıq", "Milli Şuraya dəstək" və digər olub.
Digər şüarlara "İki dəfə bəsdir, getmək vaxtı gəldi", "Səsimizi oğurlama, səbrimizi zorlama" və s. aiddir.
Şəklin alt yazısı, Digər şüarlara "İki dəfə bəsdir, getmək vaxtı gəldi", "Səsimizi oğurlama, səbrimizi zorlama" və s. aiddir.
Həbsdə saxlanılan gənc məhbusların dostları onların azad edilməsinə çağırışlar edib.
Şəklin alt yazısı, Həbsdə saxlanılan gənc məhbusların dostları onların azad edilməsinə çağırışlar edib.
Mitinqin sonunda qəbul edilən qətnamədə "azad və ədalətli seçkilərin keçirilməsinin təmin olunması, siyasi məhbusların sərbəst buraxılması, vahid namizədin ölkəyə qayıtmasına və prezidentliyə namizədliyinin irəli sürülməsinə şəraitin yaradılması tələb olunub.
Şəklin alt yazısı, Mitinqin sonunda qəbul edilən qətnamədə "azad və ədalətli seçkilərin keçirilməsinin təmin olunması, siyasi məhbusların sərbəst buraxılması, vahid namizədin ölkəyə qayıtmasına və prezidentliyə namizədliyinin irəli sürülməsinə şəraitin yaradılması tələb olunub.
Mitinqlə bağlı məlumatlarda deyilir ki, prezident İlham Əliyevin əleyhinə şüarlar söylənilən zaman elektrik xətti "kəsilib".
Şəklin alt yazısı, Mitinqlə bağlı məlumatlarda deyilir ki, prezident İlham Əliyevin əleyhinə şüarlar söylənilən zaman elektrik xətti "kəsilib".
Milli Şura tərəfdarları rəqəmin 6-8 və on min olduğunu bildirib. Hakim partiya rəsmisi isə mitinqi "piket" adlandırıb. "Bundan əvvəl müxalifətin bu məkanda bir mitinqi oldu, orada təxminən 800 nəfər yığışmışdı, bu gün isə heç onun yarısı da olmadı", YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.
Şəklin alt yazısı, Milli Şura tərəfdarları rəqəmin 6-8 və on min olduğunu bildirib. Hakim partiya rəsmisi isə mitinqi "piket" adlandırıb. "Bundan əvvəl müxalifətin bu məkanda bir mitinqi oldu, orada təxminən 800 nəfər yığışmışdı, bu gün isə heç onun yarısı da olmadı", YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.