Rəşadət Axundov daha üç ay həbsdə olacaq

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov daha üç ay həbsdə qalacaq.
Buna səbəb bazar ertəsi Axundov barəsində istintaq aparmaq üçün həbs-qəti imkan tədbirinin uzadılmasıdır.
Bu barədə proses keçirilən Nəsimi Rayon Məhkəməsinin qarşısında olan Ülvi Həsənli bildirib.
Axundov bu ilin martında “mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, -partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə”də ittiham edilib və üç aylıq həbs edilib.
İddialar təsdiqlənərsə, o, beş ildən səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.
O, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi əsasında saxlanılıb.
Axundovdan başqa, N!DA Vətəndaş Hərəkatının daha altı üzvü, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlı mart ayında əsgər ölümlərinə qarşı etiraz aksiyalarından əvvəl və sonra həbs edilib.
