Azərbaycan: BP hasilatı artırmağa müvəffəq olmayıb

BP Azərbaycanın Xəzərdəki ən böyük yatağında prezidentin tənqidinə tuş gəldikdən sonra hasilatı artırmağa müvvəfəq olmayıb.
İlin ilk rübündə Azəri-Çıraq-Günəşli yatağından 8.06 million ton neft hasil olunub.
Bu ötən ilki səviyyədən 8.4 faiz aşağıdır, BP-nin açıqlamasında deyilir.
BP-nin yerli nümayəndiliyi yeni məlumatı şərh etməyib, Bloomberg agentliyi xəbər verib.
Ötən il oktyabr ayında hasilatın aşağı olması ilə bağlı narazılığını bildirən Azərbaycan prezidenti BP şirkətini tənqid edib.
İlham Əliyev deyib ki, “gözlənilməyən tənəzzül” yataqlar üzrə <link type="page"><caption> konsorsiuma rəhbərlik edən BP</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/10/121011_bp_aliyev_azerbaijan.shtml" platform="highweb"/></link> şirkətinin “kobud səhvləri” nəticəsində mümkün olub.
Azərbaycanda səslənən tənqiddən sonra BP-də kadr dəyişiklikləri baş verib.
Britaniya şirkəti <link type="page"><caption> BP-Azərbaycanın </caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/10/121015_bp_azerbaijan_tom_bergin.shtml" platform="highweb"/></link> vitse-prezidenti Kemp Copelandın vəzifədən getməsinin tənqidə bağlı olmadığını deyib.




