Ermənistan əhalisi özünü xoşbəxt hesab edir

Ermənistan əhalisi özünü xoşbəxt hesab edən ölkələr siyahısına düşüb.

Gallup beynəlxalq tədqiqatlar mərkəzinin sorğusu nəticəsində Ermənistan əhalisinin əksəriyyəti özünü xoşbəxt hesab etdiyini müəyyən olub.

WIN-Gallup Beynəlxalq Assosiasiya tərəfindən telefon vasitəsilə keçirilən “Ümumdünya xöşbəxtlik barometri” sorğusunda iştirak edən 500 Ermənistan vətəndaşlarının 70 faizi özlərini xöşbəxt hesab etdiklərini bildiriblər. Respondentlərin 10 faizi bədbəxt,18 faizi nə xoşbəxt, nə də qeyri-xoşbəxt olduqlarını bildirib, 2 faizi cavab verməyib.

Yerevan Dövlət Universiteti Tətbiqi Sosiologiya Kafedrasının müdiri Artur Atanesyan “Gallup”ın Ermənistan üzrə nəticələrində şübhələndiyini bildirir. Ümumiyyətlə, telefonla keçirilən sorğu vasitəsilə həqiqi vəziyyəti əks etdirən nəticə almaq mümkün deyil, deyir o.

“Mən əminəm ki, naməlum birisi zəng edib “salam, siz özünüzü xoşbəxt insan hiss edirsinizmi?” soruşanda, bizim xalqın əksəriyyəti cavab verib ki, “əlbəttə xoşbəxtəm, xoşbəxtlikdən başım gicəllənir”. Zəng edən bunu ciddi qəbul edib və müsbət cavab kimi qeydə alıb. Əslində isə, bu, yox deməkdir”, - deyir sosioloq.

Atanesyan “Gallup” tərəfindən yeni il ərəfəsində keçirilən sorguda iştirak etməyib, lakin sorğunun təfərrüatlarına bələddir. Onun sözlərinə görə, respondentlərə sual verilib ki, “Şəxsi halınızı necə qiymətləndirərdiz: xoşbəxt, bədbəxt ya nə birinci, nə ikinci?”

Sosioloq Rusiyada sorğuda iştirak edən 1000 nəfərdən 39 faizi özünü xoşbəxt hesab etdiyini bildirir: “Bu, Ermənistandan iki dəfə azdır. Sual olunur: nə üçün Yerevandan Moskvaya gündə altı təyyarə uçur? Necə olur ki, ikiqat xoşbəxt ölkədə yaşayan insanlar çıxıb Rusiyaya gedirlər?

Birləşmiş Ştatlarda da insanlar Ermənistandan az xoşbəxtdirlər. Nə üçün ermənistanlılar belə həvəslə Amerikaya qaçırlar? Bədbəxtliyə sarı qaçırlar?”

Qlobal sorğuya əsasən, hal hazırda dünya əhalisinin təxminən 53 faizi özünü xoşbəxt, 17 faizi bədbəxt, 37 faizi nə xöşbəxt, nə bədbəxt hesab edir, 3 faizi isə konkret bir cavab verə bilməyib.

“Təsəvvür edin ki, tədqiqat aparanlar indi gedib Azadlıq meydanıdna səsucaldanla elan etsələr: “Ay camaat! Sizin 70 faiziniz xoşbəxtdir”, onları daşa basarlar. Çünki bu, lağa qoymaq kimi səslənir”, - deyir sosioloq Artur Atanesyam.

Psixoloq Karine Nalçacyan “Gallup”ın araşdırması ilə yaxından tanış olmasa da, onun nəticələrinin şübhələnməyə əsas verdiyini bidirir. İnsanın özü özündən “xoşbəxtsənmi?” soruşanda belə, birmənalı cavab verə bilmir, çünki bu, çox çətin sualdır, deyir o.

Xoşbəxtlik nədir? Hansı meyarlarla ölçülür? Məsələn, ağır tarixi yaddaşı olan yaxud müharibədən təzə çıxmış insanlar üçün xoşbəxtlik meyarı sülh ola bilər, deyir psixoloq Karine Nalçacyan

“Özünü xoşbəxt hiss etmək üçün çox-çox şərtlər təmin edilməlidir. İnsan fəaliyyəti ilə özünü izhar edə bilməlidir, sevib-sevilməlidir. Bəlkə sevmək məsələsində ermənilər o qədər də pis vəziyyətdə deyillər. Çünki ermənilər həyacanlı insandırlar, yaxınlarını, ailə üzvlərini sevirlər, lakin adi gözlə də görmək olar ki, özünü xoşbəxt hiss etmək üçün bir çox digər amillər təmin olunmayıb”, - deyə psixoloq Ermənistanı xoşbəxt insanlar ölkəsi deyil, “Gallup”dan fərqli olaraq, “qayğılı insanlar ölkəsi” adlandırır.