İranda Urmiyə ilə bağlı həbslər

Şərqi Azərbaycan ostanındakı Urmiyə gölünün quruması ilə bağlı etiraz aksiyasına qatılan 60-dək adam həbs edilib.
Fəallara istinadən gölün hövzəsi iki dəfə azalıb və suyun tamamilə çəkildiyi təqdirdə Urmiyə yerində duz səhrası qalacaq.
Ürmiyə şəhər bələdiyyəsinin başçısı Cavad Cahangirzadə deyib ki, gölün quruması nəticəsində 14 milyon adam doğma yurdlarını tərk etməli olacaq.
Suyun çəkilməsinin əsas səbəbi kimi gölə axan çayların istiqamətinin dəyişdirilməsi və yeni körpünün inşası göstərilir.
Yerli əhali gölün xilas olunmasına dair fövqəladə addımların atılmasına çağırır.
Avqustun 31-də 100-dək adam İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək problemə “biganə” qalan Tehrandan gölün xilas edilməsini tələb ediblər.
İran hökuməti məsələ ilə bağlı yekun mövqeyə malik deyil.
