Xaçmazlı tənha ana: “Qadın öz ayağı üzərində dayananda kölə olmur, qəhrəman olur”

Xaçmaz şəhərində yaşayan Könül Məmmədova, iki ilə yaxındır əlinə imkan düşdükcə müxtəlif cizgi filmlərindən tanıdığımız qəhrəmanların kuklalarını hazırlayır.
Onun əsas məqsədi, yaşadığı rayonda uşaqların əyləncəsi və inkişafı üçün yeni imkanlar yaratmaqdır. Onun uşaqlıqdan kukla teatrına marağı böyük olub.
Həyat yoldaşından ayrılan Könül Məmmədova kiçik qızı ilə birgə yaşayır və bütün çətinliklərə baxmayaraq öz ayaqları üstə qalmağı bacardığını deyir.
Fərid Həsənovun videosu.
Videoya YouTube kanalımızda baxın.

