Azərbaycan və Ermənistanın da iştirak etdiyi yarışda Türkiyə qalib olub

Rok

Şəklin mənbəyi, Onnik Krikorian

Bu ilin may ayında Ermənistan, Azərbaycan və Gürcüstandan olan metal rok qrupları Almaniyada keçiriləcək nüfuzlu Wacken festivalında iştirak üçün mübarizə aparıblar.

Bu müsabiqə 1990-cı ildən bəri hər il keçirilir.

Tbilisidə Qafqaz ölkələrinin iştirak etdiyi müsabiqədə isə bu ildən Türkiyə də iştirak etməyə başlayıb.

Türkiyəni bu yarışda təmsil edən Black Tooth qrupu qalibi olub və Almaniyada keçiriləcək Wacken festivalında iştirak hüququnu qazanıb.

Onnik James Krikorian BBC üçün yarışdan video hazırlayıb və Azərbaycanı təmsil etmiş Evil Decay qrupunun üzvləri ilə söhbət edib.