“Azərbaycanın Təl-Əvivdə səfirlik açması İran üçün çox ciddi mesaj idi”, - Keyvan Hüseyni

Kayvan Hosseini Keyvan Hüseyni BBC Farsca xidmeti yaxın şərq üzrə siyasi təhlilçi siyasət siyasi təhlillər siyasi ekspert İran-Azərbaycan İran-Azərbaycan münasibətləri İran-Azerbaycan əlaqələri O taylı bu taylı Azərbaycan Güney Azərbaycan İran azərbaycanlıları

Bu həftə Azərbaycanda hökumətə yaxın millət vəkili Fazil Mustafa paytaxtda, evinin önündə güllələnib. Dövlət Təhlükəsizlik Xidməti hadisəni "terror aktı" kimi qiymətləndirib.

Bəs, Fazil Mustafa kimdir? Həmkarım İzolda Ağayeva araşdırıb.

Fazil Mustafaya silahlı hücum, Azərbaycanda xarici ölkəyə casusluqda ittiham olunan şəxslərin həbsilə eyni vaxtda baş verib.

Bu hadisə həmçinin Azərbaycanın İranın düşmən kimi gördüyü İsraildə səfirlik açması ilə eyni vaxta təsadüf edib.

İranda İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olduğu güman edilən Telegram kanallarında Azərbaycan hökumətinə təhdidlər yayılıb.

Bəs İran və Azərbaycan arasında pisləşən münasibətlər və söz savaşı hansı nəticələrə gətirib çıxara bilər? Buna BBC Farsçadan Keyvan Hüseyni cavab verir.

Həftə bu gün proqramını Aygül Mehman təqdim edir.

Videonu Youtube kanalımızda izləyin.