"Gah su gəlmir, gah da təzyiqsiz gəlir" - Məmmədli kəndində su etirazı

Abşeron rayonunun Məmmədli kəndi

Abşeron rayonunun Məmmədli kəndində yaşayan sakinlər noyabrın 14-ü su problemi ilə bağlı etiraz aksiyası keçiriblər. Sakinlər deyir ki, əvvəllər həftədə 3 dəfə verilən su indi gah gəlmir, gah da təzyiqsiz olduğundan çənləri su ilə doldura bilmirlər.

Məsələ ilə bağlı Azərsu-dan bildirilib ki, Məmmədli kəndində su tələbatını ödəmək üçün gündəlik və ya günaşırı qrafik əsasında su veririlir. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı narazılığın konkret hansı ərazilərə - bağ massivi, yoxsa digər yerlərə aid olduğunu bilmədiyi üçün əlavə şərh verməyib.

Videonu BBC News Azərbaycanca üçün Əminə Məmmədova çəkib.