Ursula von der Leyen Bakıda: Avropa Azərbaycanı "etibarlı tərəfdaş hesab edir"

Ilham Aliyev

Şəklin mənbəyi, Ilham Aliyev/Facebook

Bazar ertəsi Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb. Tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər.

Hazırda Avropaya daşınan illik qaz həcmi 8 milyard kub metrdir.

Memorandum Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen tərəfindən imzalanıb.

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı "qəddar müharibəsindən sonra" Rusiya ilə yolları ayırmaq və üzünü "daha etibarlı tərəfdaşlara" üz tutmağa qərar verib, deyə xanım von der Leyen bildirib və "Azərbaycanı onların arasında görməyə şadam" deyə əlavə edib.

O bildirib ki, bu onlara Rusiyadan azaltdıqları qaz idxalını kompensasiya etməyə imkan verəcək: "Anlaşma Memorandumunda göstərilən ikinci ən əsas məsələ bərpaedilən enerji ilə bağlıdır. Azərbaycanın bu sahədə inanılmaz imkanları mövcuddur. Sonuncu məsələ isə qaz nəqli zamanı iqlim amilinin nəzərə alınmasıdır".

Prezdent İlham Əliyev bugünkü memorandumu "gələcək üçün" "yol xəritəsi" kimi qiymətləndirib. O, Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq deyib ki, bu razılaşmanın da uğurlu olacağından əmindir. Onun sözlərinə görə, Azərbaycanın təkcə neft-qaz sahəsində yox, həm də külək-günəş kimi alternativ enerji mənbələrində böyük potensialı var.

O deyib ki, Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və onu "bütün qonşuları ilə əlaqələndirən dəmir yoluna" malikdir.

"Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var", - İlham Əliyev vurğulayıb.

İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen i

Şəklin mənbəyi, Azertag

Azərbaycana səfəri ilə bağlı Ursula Von der Leyen Twitter hesabında yazıb ki, Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir: "Bu gün mən Azərbaycanda yeni müqavilə imzalamaq üçün gəlmişəm. Məqsədimiz: bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır".

Ursula Von der Leyen hesab edir ki, Azərbaycan Avropanın "təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş" olacaq.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Bundan əvvəl İlham Əliyev bildirmişdi ki, imzalanacaq enerji memorandumu Azərbaycanın "Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə töhfəsidir".