You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Maaşımız azaldığına görə dolanmaq mümkün deyil", dəmiryolçuların etiraz aksiyası
Video açılmasa YouTube-da izləyin.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi mayın 16-da aksiya keçirib.
Azərbaycanın quru sərhədləri koronavirus pandemiyasına görə iki ildən çoxdur bağlıdır, beynəlxalq sərnişindaşımaları dayanıb və buna görə də dəmiryolçular faktiki fəaliyyətsiz qalıb. Onların sözlərinə görə, rəhbərlik bunu əsas gətirərək onlara aylıq maaşlarının 370 manatdan 250 manata salınacağını deyib.
Dəmiryolçuların sözlərinə görə, onlar quru sərhədlərin açılmasını və öz işlərinə qayıtmaqlarını istəyirlər və deyirlər ki, fəaliyyətsiz qalmaqlarının səbəbkarı onlar deyillər.
"Azərbaycan Dəmir Yolları" Qaparlı Səhmdar Cəmiyyəti bildirib ki, pandemiya dəmiryolu sahəsinə də təsir edib. Ölkədaxili və beynəlxalq sərnişin daşımalarına müəyyən məhdudiyyətlər tətbiq olunub. Nəticədə bəzi dəmiryolçular fəaliyyətsiz qalıb.
Qurumun rəsmisi Elyar Muradov bildirib ki, buna görə maaşlar azaldılacaq.
"Azərbaycan Dəmir Yolları" bildirib ki, qurumun 18 mindən çox işçi heyəti var.
"Pandemiya müddətində yalnız 2000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 milyon manatdan çox əmək haqqı ödənilib", qurumun açıqlamasında deyilir.
"Azərbaycan Dəmir Yolları" DOST İş Mərkəzi ilə razılaşıb ki, fəaliyyətsiz qalmış dəmiryolçular müvafiq işlərə cəlb edilsinlər. Bundan başqa, onlara əmək haqlarının 5 misli miqdarında birdəfəlik müavinət də ödəniləcək, qurum açıqlayıb.
"Azərbaycan Dəmir Yolları" rəsmisi Elyar Muradov bildirib ki, işçilər üçün iki seçim şansı var. Ya əmək haqlarının azalmasına razı olmaq, ya da DOST Mərkəzində işləməyi seçmək.
Elyar Muradov onu da əlavə edib ki, sərnişin daşıma xidməti bərpa olunduqdan sonra həmin işçilər yenidən köhnə işlərinə bərpa ola bilərlər.