Şonqar sakinlərinin etirazı: “Məktəb, aptek, tibb məntəqəsi yoxdur”

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmasa YouTube-da izləyin.

Bakının Qaradağ rayonunda yerləşən Şonqar qəsəbəsinin sakinləri qəsəbədə məktəbin olmamasından narazıdır.

Onlar deyir ki, qəsəbədə yaşayan 200-ə yaxın şagird Qızıldaş qəsəbəsindəki məktəbə getməyə məcbur qalıb.

Sakinlərin sözlərinə görə, qəsəbədə dördillik məktəb fəaliyyət göstərsə də sonradan fəaliyyəti dayanıb.

Sakinlər həmçinin qəsəbədə aptekin, tibb məntəqəsinin olmamasından da şikayətçidirlər.

İcra hakimiyyətinin nümayəndəsi Emil Abbasov sakinlərin problemlərindən xəbərdar olduğunu deyib

Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsindən BBC-yə bildirilib ki, Şonqar yaşayış massivində 2004-cü ilə qədər 180 nömrəli tam orta məktəbin iki ibtidai sinfi fəaliyyət göstərib, amma həmin siniflərdə şagird sayı az olduğundan bağlanıb. Bakı şəhər Təhsil İdarəsi deyir ki, əgər Şonqar qəsəbəsində məktəb tikintisi ilə bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla bilər.

Videonu BBC News Azərbaycanca üçün Bakıdan Əminə Məmmədova çəkib.

Şonqar, sakinlər, etiraz, Bakı, Qaradağ