You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qobustanda təqaüdçülərin yol keçidi problemi: "İki kilometr gedib yeraltından keçməliyəm"
Video açılmırsa, YouTube-dən izləyin.
77 yaşlı Ağahəsən dayı hazırlaşıb parka gedir. O deyir ki, təqaüdə çıxdıqdan sonra yeganə məşğuliyyəti digər təqaüdçülərlə ya qəsəbənin girişində, ya da digər başındakı kiçik parkda oturub söhbətləşməkdir.
Ağahəsən Əbilov hər gün marketə, parka və digər vacib yerlərə getmək üçün bir xeyli vaxt, bir o qədər də əmək sərf edir. O deyir ki, Qobustan qəsəbəsində magistral yolların kənarına çəkilmiş və qəsəbəni iki yerə ayıran daş hasarlar da məsələni bir qədər qəlizləşdirir.
77 yaşlı təqaüdçü deyir ki, 3 kilometrdən uzun məsafədə cəmi iki piyada keçidi var. Qəsəbənin bu biri başına isə keçid qoymaq kimsənin ağlına gəlməyib.
Ağahəsən dayı deyir ki, bir müddət əvvəl qəsəbəyə bir park salınsa da, uyğun şərait yenə də qurulmayıb.
18 mindən çox sakini olan Qobustan qəsəbəsinin digər sakinləri də oxşar məsələlərdən - şəraitsizlikdən, əyləncə yerinin olmamasından, istirahət yerlərinin yoxluğundan şikayətçidirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Nəqliyyatının mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BBC News Azərbaycancaya deyir ki, bu məsələ qurumun diqqətindədir, əhali sayına və tələbatına uyğun olaraq yerlərdə yerüstü və yeraltı keçidlər quraşdırılır və quraşdırılacaq.
Anar Nəcəfli deyir ki, Qobustanda əvvəllər əhali çox olmadığı üçün əhalinin yolu ən çox keçdiyi ərazilərdə həm yerüstü həm yeraltı keçidlər var.
Həmçinin oxuyun: