You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Qəbristanlığımıza yol tapmırıq" - İsmayıllının Bizlan kəndində gördüklərimiz
- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, YouTube-dan izləyin.
Bu kəndin yolu bərbad gündədir. Heç rayon mərkəzinə avtobus da işləmir. Suyu qurumaq üzrədir. Tibb məntəqəsi də yoxdur.
İsmayıllının Bizlan kəndinin sakinləri deyir ki, onları hamı unudub.
Kənd əhli yay aylarında şəhərə getməkdə əziyyət çəkirlər. İctimai nəqliyyat yoxdur, taksiylə gediş-gəliş isə onlara baha gəlir.
Qışda isə heç kənddən çıxmağı da ağıllarına gətirə bilmirlər, çünki…
Bölgələrdən digər reportajlarımızı da izləyin: