Türkiyədə neft kəmərindəki partlayış neftin qiymətinə təsir göstərəcəkmi?

Şəklin mənbəyi, DHA
Türkiyənin Kahramanmaraş bölgəsinin Pazarcık rayonunda neft boru kəmərində baş verən partlayış yanğına səbəb olub.
Boru Kəmərləri və Neft Nəqliyyatı Korporasiyasından BOTAŞ) verilən məlumata görə, hazırda yanğın söndürülüb, soyutma işləri davam edir.BOTAŞ-ın açıqlamasında həmçinin İraq-Türkiyə Xam Neft Kəmərinin təxminən 511-ci kilometrliyində, axşam saat 19:30 radələrində naməlum səbəbdən partlayış olduğu bildirilib.
"Bloomberg" isə bu partlayışın hazırda onsuz da böyük təzyiq altında olan neft bazarını daha çətin vəziyyətə salacağını bəyan edib. Eyni zamanda bu xəbərin neftin bahalaşmasına səbəb olduğu da bildirilib.
Bloomberg-in məlumatına görə, ABŞ tipli xam neftin (WTI) ilkin qiyməti Asiya bazarlarında 1,8 faiz artıb.BOTAŞ partlayışdan sonra boru kəmərini neft keçidinə bağlamışdı.Kəmərin nə vaxt işləməyə davam edəcəyinin məlum olmadığını qeyd edən Bloomberg, keçən il bu boru kəmərindən 450 min barel neft keçdiyini xatırladıb və bu xəttin İraqdan Avropaya daşınan neft üçün əhəmiyyətli olduğunu vurğulayıb.Brent markalı neftin qiyməti dünən son 7 ilin ən yüksək həddinə çatıb.Yəməndə üsyançı husilərin OPEK-in üçüncü ən böyük istehsalçısı - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığında pilotsuz təyyarə ilə hücum təşkil etməsi iddiası qiymətləri yüksəldib.


