Azərbaycan 20 Yanvar faciəsini yad edir

Şəklin mənbəyi, Azertac
Bakıda 1990-cı ilin 20 yanvar hadisələrinin 32 illiyi qeyd olunub.
Saat 12-də 20 yanvar hadisələrində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəklin mənbəyi, President.az
Daxili İşlər Nazirliyi (DİN) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı əhaliyə mürəciətində bildirib ki, Şəhidlər Xiyabanına ziyarətçilərin hərəkəti xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək.
"Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər",- DİN bəyan edib.
Sakinlərin Şəhidlər Xiyabanına getməsi üçün bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Bakı Nəqliyyat Agentliyi bəyan edib ki, cümə axşamı günü Bakıda Parlament prospekti, Şəhidlər Xiyabanı, eləcə də ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi məlumatına görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
"Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək", - Dövlət Yol Polisi İdarəsi bildirib.
1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya hücum edib və mülki əhaliyə atəş açıb.
Rəsmi mənbələrə əsasən, faciə zamanı 137 insan həlak olub, yüzlərlə adam yaralanıb.
20 yanvar hadisələrinin ildönümü ilə bağlı Böyük Britaniya, Türkiyə və İsrail də daxil olmaqla, bır sıra ölkələrin nümayəndələri Azərbaycana başsağlığı veriblər.
Britaniya səfiri 2019-cu ildə Azərbaycanda fəaliyyətinə başlayanda ilk ziyarətinin Şəhidlər Xiyabanına olduğunu yazaraq, o vaxt çəkilən görüntünü paylaşıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
20 Yanvar şəhidlərinin xatirəsini "ehtiramla yad" etdiyini Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da bildirib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
İsrailin Azərbaycandakı səfirliyi 20 yanvar hadisələrini Azərbaycan xalqı ilə birlikdə yad etdiyini yazıb.
ABŞ səfirliyi həlak olanların xatirəsini azərbaycanlılarla birgə yad etdiyini bildirib.
"Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq", - ABŞ səfirliyinin yaydığı tvitdə deyilir.
Həmçinin bax:











