You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Polis bizi bundan sonra daha çox döyəcək" - jurnalistlər yeni media qanununa etiraz edirlər
Video açılmırsa, YouTube-dan izləyin.
Azərbaycanda yeni hazırlanan medianın tənzimlənməsi ilə bağlı qanun parlamentin müzakirəsinə təqdim olunub vǝ ikinci oxunuşda qǝbul olunub.
Müstəqil fəaliyyət göstərən jurnalistlər bu yeni qanunun onların hüquqlarını məhdudlaşdırdığı qənaətindədirlər.
Qanun layihəsini dəstəkləyənlər onun media və jurnalistika sahəsində şəffaflığa, keyfiyyətli xəbər istehsalına, jurnalistlərin hüquqlarının effektli müdafiəsinə, media orqanlarının müxtəlif layihələrdən yararlana bilməsinə və son nəticədə, demokratik prinsiplərlə fəaliyyət göstərən milli medianın inkişafına və informasiya təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyini deyirlər.
Videonu jurnalist Əminə Məmmədova çəkib.