Azərbaycanda hərbi helikopter qəzası qurbanları dəfn edildi - Şəkillər
Dünən helikopter qəzasında həlak olan azərbaycanlı hərbçilər bu gün dəfn edilib.
Çərşənbə axşamı günü Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images
Helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq "Qaraheybət" təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb, DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib.
Qəzada həlak olan hərbçilərə "şəhid" statusu verilib.

Şəklin mənbəyi, Getty Images
Helikopter qəzasında həlak olan hərbçilərdən 11-i İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Bundan əvvəl Sərhədçi İdman Kompleksində vida mərasimi keçirilib.
Digər üç nəfər ailələrinin istəyilə Zirə, Əmircan və Beyləqanda dəfn ediləcək.

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

Şəklin mənbəyi, Getty Images

