Saleh Rüstəmova dəstək aksiyasında bəzi saxlananlardan xəbər yoxdur, Tofiq Yaqublu ona işgəncə verildiyini deyir

Tofiq Yaqublu Bakıda 39-cu polis bölməsində işgəncə gördüyünü iddia edir

Şəklin mənbəyi, Əminə Məmmədova

Şəklin alt yazısı, Tofiq Yaqublu Bakıda 39-cu polis bölməsində işgəncə gördüyünü iddia edir

Çərşənbə günü Bakının Fəvvarələr Meydanında 26 gündür ki, həbsdə aclıq edən Saleh Rüstəmova azadlıq tələbilə aksiya keçirilib. Aksiyada iştirak edən onlarla adam polis tərəfindən saxlanılıb, daha sonra onların əksəriyyəti buraxılıb. Amma hələ də polis nəzarətində olanların olduğu bildirilib.

Rusiya vətəndaşı olan Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

Saleh Rüstəmov ittihamları rədd edib və bildirib ki, qanuni əsaslarla işlədiyi Rusiyadan AXCP-nin həbsdə olan üzvlərinə ərzaq almaq və hüquqi yardım göstərilməsi üçün 3 il ərzində partiyaya cəmi 6-7 min manat pul göndərib.

Onun özü, AXCP və bəzi hüquq müdafiəçiləri Rüstəmovun həbsini daha çox siyasi motivlərlə əsaslandırırlar.

Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilmiş aksiyada gənc fəallar İlkin Rüstəmzadə və Mete Tükrsoy, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu, onun qızı Nigar Həzi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Dilarə Miriyeva və başqaları olub.

Aksiyada "Saleh bəyə azadlıq!", "Saleh bəyi öldürmə, azad et!" şüarları səsləndirilib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Aksiyada iştirak etmiş müxalifət təmsilçisi Tofiq Yaqublu sonradan polis tərəfindən döyüldüyünü, saxlanılan zaman ona işgəncə verildiyini deyib.

"Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Bölməyə "bandotdel"dən (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red.) xüsusi qrup gəlmişdi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra avtomobilə qoyub harasa apardılar. Yolda yenə də döyürdülər. Yolda hardasa sifətimin şəklini çəkib kiməsə göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətləri bəyənmədiklərini, testdən keçmədiyini dedilər," - Tofiq Yaqublu deyib.

Cənab Yaqublu deyib ki, onu tək polis bölməsində deyil, həm də uzaq məsafəyə aparıb naməlum yerdə işgəncə veriblər.

O bildirib ki, ötən gün başında olan xəsarətlərə görə təcili tibbi yardımla xəstəxanaya gedib həkim müayinəsində olub.

"Başımdan o qədər zərbələr almışdım ki, xəstəxanaya getmək vacib idi. Təcili tibbi yardım məsləhət gördü ki, beyinə qan sızma, beyin sümüyü sınması ola bilər ona görə də həkim müayinəsi olmalıdır", - Tofiq Yaqublu deyib.

Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaqdır,", - Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib.

Tofiq Yaqublunun sözlərinə görə etiraz aksiyasına həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmova dəstək olmaq məqsədiylə qatılıb.

Tofiq Yaqublu BBC News Azərbaycancaya deyib ki, 39-cu polis bölməsində ona qarşı olan hərəkətlərlə bağlı rəsmi qaydada prokurorluğa şikayət edəcək, vəkil tutacaq.

aksiya

Şəklin mənbəyi, Ələkbər Azayev

aksiya

Şəklin mənbəyi, Ələkbər Azayev

Daxili İşlər Nazirliyi ötən gün bildirib ki, bir qrup şəxs "ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib" və cəhdin qarşısı polis əməkdaşları tərəfindən "qətiyyətlə" alınıb.

Ötən gün sosial mediada aksiyada polis zorakılığı ilə bağlı fotolar paylaşılıb.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

aksiya

Şəklin mənbəyi, Ələkbər Azayev

aksiya

Şəklin mənbəyi, Ələkbər Azayev

Saleh Rüstəmli

Şəklin mənbəyi, Ələkbər Azayev

Şəklin alt yazısı, Bu gün AXCP üzvü Saleh Rüstəmlinin həbsdən azad olunması üçün Bakının mərkəzində etiraz aksiyası keçirilib