Azərbaycanın Müstəqillik, yoxsa Respublika günü - Bakı sakinləri üçün fərqi varmı?

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycanda Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Bakı sakinləri bu barədə nə düşünür?

Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" qanunu oktyabrın 15-də təsdiqləyib.

Prezidentin saytında deyilir ki, mayın 28-i Müstəqillik Günü elan edilsin, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin və Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin.

Milli Məclisin oktyabrın 15-də keçirilən iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Layihəyə görə, mayın 28-də qeyd olunan Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-də qeyd olunan Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Parlamentin bu həftə keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, "Müstəqillik Günü haqqında" qanun layihəsi Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.

Bakı

Şəklin mənbəyi, BBC News Azərbaycanca