Avropa İttifaqı komissarı Azərbaycanda "Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planını" müzakirə edib

Oliver Varhelyi/Twitter

Şəklin mənbəyi, Oliver Varhelyi/Twitter

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev,İqtisadiyyat naziri Mikayıl Cabbarov və Energetika naziri Pərviz Şahbazov ilə görüşüb.

Avropa İttifaqı bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

Bunu cümə axşamı, Avropa Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekununda keçirilən mətbuat konfransında söyləyib.

Avropa Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Varhelyi bildirib ki, Azərbaycan və Ermənistan tutlanları verməklə və mina xəritələrini təqdim etməklə davamlı sülhə doğru addımlarını artıq atıblar

"Avropa Birliyi bu mübadiləni alqışlayır. Bu addımların davamlı olması və regionun bərpasına balamaq üçün maliyyə və digər üsullarla kömək etməyə hazırıq, - Varkhelyi deyib.

Avropa Komissarı Cənubi Qafqaz turu çərçivəsində cümə axşamı Bakıya səfər edib.

O, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, İqtisadiyyat və Energetika nazirləri Mikayıl Cabbarov və Pərviz Şahbazov ilə görüşlər keçirib.

Varxelyi görüşlər zamanı Azərbaycan tərəfi ilə Şərq Tərəfdaşlığı ölkələri üçün yeni Aİ iqtisadi və investisiya planını müzakirə etdiyini söyləyib: "Bu plan, pandemiyadan sonrakı dövrdə bölgəyə dəstək vermək baxımından çox faydalı olacaq. Bu planı həyata keçirməklə bölgədəki iqtisadi və sosial inkişafa təkan verə bilərik."

Şərq Tərəfdaşlığı proqramına Aİ 2009-cu ilin may ayında start verib. Bu proqram Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafını nəzərdə tutur.

İyulun 7-də Tbilisidə olan Varxelyi Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadi dirçəlişi üçün Aİ-nin 17 milyard avro cəlb etməyi planlaşdırdığını bəyan edib.

Aİ rəsmisi öz Twitter hesabında görüş zamanı "Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planının potensialı ilə bağlı geniş fikir mübadiləsi apardıqlarını" yazıb.

"Azərbaycan bu planın tətbiqi üçün əsas tərəfdaşdır", - cənab Varhelyi qeyd edib.

Oliver Varhelyinin bir sıra rəsmilərlə görüşü gözlənilir.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X