Azərbaycan-Ermənistan: minalanmış ərazilər xəritəsi və erməni hərbçilərlə bağlı yeni anlaşma

XİN

Şəklin mənbəyi, AZERTAG

Ermənistan Füzuli və Zəngilan rayonlarında "basdırdığı minalara" dair xəritələri Azərbaycan tərəfinə verib, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib".

Eyni açıqlamada Azərbaycanda "cəza müddəti" bitmiş "15 nəfər erməni əsilli şəxsin" Ermənistana təhvil verildiyi bildirilir.

"Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı məlumatında qeyd olunur.

Ötən ay Ağdam rayonu üzrə minaları əks etdirən bəzi xəritələrin alınmasından sonra erməni hərbçilərinin bir qrupu Yerevana təhvil verilmişdir.

BBC News Azərbaycancanın digər xəbərləri

Yerevan

Şəklin mənbəyi, Getty Images

Ermənistanda seçkilərlə bağlı 60 cinayət işi açılıb

Ermənistanda erkən parlament seçkiləri vaxtı baş verən qanun pozuntuları ilə əlaqədar 60 cinayət işi açılıb. Bu barədə Ermənistan prokurorluğunun açıqlmasında deyilir.

Məlumata əsasən, müxtəlif işlər üzrə 66 nəfər keçir və onlardan 65-nə ittiham təqdim olunub. Təqsirləndirilən şəxslərdən 16 nəfərə qarşı həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

İuyulun 3-də Robert Koçaryanın "Hayastan" bloku da daxil olmaqla 4 partiya parlament seçkilərinin nəticələrini etibarsız tanımaq tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 20 iyunda keçirilən seçkilərdə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 53,91 faizini alıb.

Keçmiş Prezident Robert Koçaryanın "Hayastan" blokuna seçicilərin 21,9 faizi səs verib. "Pativ unem" (Təzim edirəm) bloku isə səslərin 5.22 faizini qazanıb.

Zirehli texnika üzərində Türkiyə və Azərbaycan bayraqları

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Şəklin alt yazısı, Photo: Arxiv

Azərbaycan-Türkiyə hərbi təlimləri sona çatıb

Bu gün Azərbaycanda "Mustafa Kamal Atatürk-2021" Azərbaycan-Türkiyə döyüş atışlı taktiki təlimlərinin yekun mərhələsi sona çatıb. Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları "uğurla yerinə yetiriblər".

"Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər," - təlimlər barədə rəsmi açıqlamada qeyd olunur.

Başa çatan təlimlərin iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirildiyi bildirilir

Bakı Olimpiya Stadionu

Şəklin mənbəyi, KIRILL KUDRYAVTSEV/Getty images

Şəklin alt yazısı, Çexiya-Danimarka oyunu Bakı Olimpiya Stadionunda keçirilir

Çexiya-Danimarka matçına satılan biletlərin sayı açıqlandı

Bakıda Avro-2020-nin 1/4 finalında qarşılaşan Çexiya-Danimarka oyununa 27 mindən çox bilet satılıb, görüşün təşkilatçılarına istinadən agentliklər bildirir.

Bu günkü oyunu minədək danimarkalı izləyəcək. Çexiyadan gələn qonaqların sayı isə daha az olacaq, RİA Novosti agentliyi yazır.

"Çexiyalı azarkeşlər daha az olacaq, çünki onlar xarici səfərlərdən qayıdarkən karantindən keçməli olurlar", - Avro 2020 təşkilatıçıları bildirir.

Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı qəbul edə bilər.

Çexiya-Danimarka qarşılaşması Avro-2020 turniri çərçivəsində Azərbaycan paytaxtında keçirilən sonuncu futbol yarışması olacaq.

Stanislav Zas

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas

KTMT Azərbaycan-Ermənistan sərhədində vəziyyəti dəyərləndirib

Azərbaycanla sərhədin müəyyən edilməsi ilə bağlı "Ermənistanın cənubunda" vəziyyətin gərginləşməsi "sərhəd insidentidir" və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nizamnaməsinin kollektiv müdafiə üzrə müddəalarına aid deyil.

Bu barədə KTMT-nin Baş katibi bilirib.

"KTMT-nin potensialı yalnız təcavüz, [üzv ölkələrdən birinə] hücum halında işə salınır. Burada isə biz əslində sərhəd insidenti ilə qarşılaşırıq," - TASS agentliyi Stanislav Zasın sözlərini iqtibas edir.

"Bu sərhəd insidentidir, onu həll etmək lazımdır və biz onun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq".

Baş katib vurğulayıb ki, hazırda vəziyyətin kəskinləşməsi müşahidə olunmur.

Stanislav Zasın sözlərinə görə, KTMT Ermənistanın cənubundakı vəziyyəti daim izləyir.

Ermənistan KTMT-yə may ayında Azərbaycanla sərhəd bölgələrində vəziyyətin gərginləşməsindən sonra müraciət edib.

Moskvanın təşəbbüsü ilə yaradılan KTMT-nin 6 üzvü var - Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Tacikistan.

Həmçinin oxuyun: