"Niyə bu camaatın başına oyun açırlar?", - pensiyası kəsilən insanların harayı

    • Müəllif, Cəmilə İbrahimova, Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca

Video açılmırsa YouTube-dan izləyin

Ötən ilin sonlarından indiyədək təxminən 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. Yüzlərlə əlilliyi olan şəxs isə pensiya müddəti başa çatdığı üçün yenidən sənəd toplamalıdır, yenidən əlillik təyinatı olana qədər onlar pensiya almaq hüququndan məhrum olurlar.

Məlahət Əliquliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti önünə toplaşan vətəndaşlardan sadəcə biridir. 3 uşaq anası 2019-cu ildə avtomobil qəzasında xəsarət aldığını və hələ də köməksiz ayağa dura və gəzə bilmədiyini deyir.

Məlahət Əliquliyeva ona əlillik verilməməsindən narazıdır. Elnur İsmayılovun 6 yaşlı oğlunda anadangəlmə əl və ayaq barmaqlarının deformasiyası var. Uşağın pensiyası ötən ilin noyabr ayından dayandırılıb. Atası deyir ki, əlilliyin təyinatı ilə bağlı ona imtina cavabı verilib və səbəb kimi isə, sənədlərin natamam doldurması göstərilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin binasının önü hər gün olduğu kimi qələbəlikdir.