You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Pendir almaq istəyirdim. Apelsin... nar... Heç birini ala bilmədim" - Bakıda alıcının bazarda bir günü
- Müəllif, Aygül Mehman, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, YouTube-dan izləyin.
Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin bahalaşdığını bildirib.
Bir çox sakinlər Bakının 8-ci kilometr bazarı kimi tanına bazara bayram bazarlığı üçün gəliblər.
Söhbətləşdiyimiz bəzi sakinlər bahalaşmanı hiss etməyib. Lakin bir çoxları isə bu il bahalığa görə bayram bazarlığı siyahısını daraldıb. Onlardan biri Məryəm Hüseynovadır.
Məryəm Hüseynova deyir ki, ötən il bayram bazarlığını istədiyi kimi etsə də, bu il ala bilmədiyi çox şey var.
Öyrənirik ki, qiyməti enən məhsullar da var, qalxan da. Bahalaşan məhsullar arasında xiyar-pomidor, yumurta, şəkər, bitki yağı kimi çox istehlak olunan məhsullar da var.